Vera Vasilyevna Xolodnaya (Levçenko; rus. Вера Васильевна Холодная; 5 avqust 1893[1], Poltava[3] – 16 fevral 1919[2] və ya 17 fevral 1919[2], Odessa, Xerson quberniyası[3]) — Rusiya İmperiyasının kino aktrisası.[4][5][6] O, Rusiya İmperiyasında ilk səssiz film ulduzu idi. Onun yalnız beş filmi günümüzə qədər gəlib çatmışdır və oynadığı rolların sayının 50-dən 100-ə qədər olduğu fərz edilsə də, dəqiq sayı bəlli deyil.[7]
Vera Xolodnaya | |
---|---|
Doğum tarixi | 5 avqust 1893[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 fevral 1919[2] (25 yaşında) və ya 17 fevral 1919[2] (25 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | İspan qripi[3] |
Fəaliyyəti | aktrisa, kino aktrisası |
Fəaliyyət illəri | 1914–1919 |
Vikianbarda əlaqəli mediafayllar |
Vera Levçenko Poltavada (Rusiya İmperiyası, indiki Ukrayna) anadan olmuş, 2 yaşında ikən dul nənəsi ilə Moskvaya köçmüşdür. O, klassik balet üzrə karyera qurmaq arzusunda idi və Böyük Teatrın balet məktəbinə daxil olmuşdu. Vera uşaqlıqdan ailə teatrlarında iştirak edirdi. O 10 yaşı olanda məşhur Perepelkina gimnaziyasına göndərildi.
Vera məzuniyyət gecəsində o vaxt tələbə, gündəlik idman qəzetinin redaktoru və yarış sürücüsü olan Vladimir Xolodnı ilə tanış oldu. Onlar hər iki ailənin narazılığına baxmayaraq, 1910-cu ildə evlənirlər.[7] 1912-ci ildə onların qızı, Yevgeniya doğulub və bir il sonra Nata adlı bir qızı övladlığa götürüblər.[8]