Verteba (ukr. Верте́ба) — Ukraynanın Ternopol vilayətində mağara. Mağara suxur tərkibinə görə gips mənşəli olub Bilçe-Zolotoe kəndindən 2 km şimal-qərbdə yerləşir. Mağara ölkə əhəmiyyətli geoloji və arxeoloji abidə hesab olunur. Verteba mağarası Dnestrin sol qolu olan Seret çayının sol sahilində yerləşir.
Verteba | |
---|---|
ukr. Верте́ба | |
| |
Ümumi məlumatlar | |
Uzunluğu | 9021 m |
Kəşf tarixi | 1708 |
Tipi | karst |
Ətraf süxurları | gips |
Giriş sayı | 1 |
İşıqlandırma | var |
Yerləşməsi | |
48°47′20″ şm. e. 25°52′17″ ş. u. | |
Ölkə | Ukrayna |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mağara RSFSR nazirlər sovetinin 2 avqust 1971-ci il 61 №-li qərarına əsasən təbiət qoruq fondunun obyekti elan edilmişdir. Mağaraya yeni status isə Ukrayna nazirlər kabinetinin 1992-ci il 12 oktyabr 584 №-li qərarı ilə verilmişdir. Mağarada Ukraynada yeganə yeraltı muzey fəaliyyət göstərir. Muzeydə mis dövrünə aid tripol mədəniyyəti nümayiş olunur.
Mağaranın adı qədim slavyan sözü olan «vertep», yəni mağara, yarğan sözündən meydana gəlib.
Mağaranın ümumi uzunluğu 9 021 metrdir. Bəzi mənbələrdə isə 8550 metr göstərilir[1]. Mağaranın bir girişi var. Mağara daxilində orta illik temperatur 9—10° C arasında dəyişir. Nisbi rütubət 92—100 %-dir[2]. Mağaranın daxili labirint şəkilli keçidlərdən ibarətdir.[3] Stalaktit və stalaqmitlərə rast gəlinir. Mağara daxilində Ukraynanın qırımızı kitabına daxil edilmiş 4 növ yarasa yaşayır.
2004-cü ildə Vertebe mağarası ziyarətçilər üçün qismən açıq elan olunmuşdur[4]. Mağarada son 200 ildə ərazidən tapılmış arxeoloji tapıntılar nümayiş olunur. Mağaranın 1000 metrlik hissəsi işıqlandırılıb və ziyarətçilər üçün əl çatandır. Xüsusi hazırlığı olan speleoloqlar üçün xüsusi marşrut da mövcuddur.
Mağara haqqında ilk yazılı məlumat 1822-ci il təsadüf edir. Mağara həm də II Dünya müharibəsi dövründə, Holokost zamanı yəhudi qaçqınlar tərəfindən sığınacaq kimi istifadə olunması ilə tanınır.[5]