Vilyam Hayd Vollaston

Vilyam Hayd Vollaston (bəzən Wollaston;ing. William Hyde Wollaston; 6 avqust 1766[1][2][…], Norfolk qraflığı22 dekabr 1828[1][2][…], London) — palladiumu (1803) və rodiumu (1804) kəşf edən və ilk dəfə (1803) təmiz platini əldə edən ingilis kimyaçı-alim. 1801-ci ildə ultrabənövşəyi şüalanmanı, 1802-də refraktometri və 1809-cu ildə qoniometri kəşv etmişdir. London Kral Cəmiyyətinin üzvü (1793), prezidenti (iyun-noyabr 1820) və vitse-prezidenti (1820–1828), Fransa Elmlər Akademiyasının xarici üzvü (1823; 1816-cı ildən müxbir) olmuşdur.[3]

Vilyam Hayd Vollaston
Doğum tarixi 6 avqust 1766(1766-08-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 dekabr 1828(1828-12-22)[1][2][…] (62 yaşında)
Vəfat yeri
Elm sahəsi kimya
İş yeri
Təhsili
  • Qonvil və Kayus Kolleci[d]
Üzvlüyü
Mükafatları "Kopli" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Hayd Vollaston 6 avqust 1766-cı ildə Norfolkda keşiş-astronom Frensis Vollastonun ailəsində anadan olmuşdur. Oksfordda tibb təhsili almışdır və Londonda təcrübə keçməyə başlamışdır. Burada o, Müqəddəs Georgi xəstəxanasında yer almağa çalışdı, lakin onun yerinə başqasına üstünlük verildiyinə görə o, tibb elmini tamamilə tərk edir və fizika və kimya üzrə ixtisaslaşmağa başlayır.

1793-cü ildə London Kral Cəmiyyətinin üzvü, sonradan isə həmin qurumun katibi və prezidenti seçilmişdir. Vollaston kimya elmində ilk dəfə sadə və xarakterik nümunələrdə kimyəvi "çox nisbət qanunu"nu kəşf etmişdir. Vollaston kimya elmində ilk dəfə atomların düzülüşü məkanı haqqında fikir bildirmişdir.

1800-cü ildə o, elastik platin hazırlamaq üçün bir yol tapmışdır və beləliklə, sulfat turşusunun texniki çıxarılmasının inkişafında böyük əhəmiyyət kəsb edən platin qabları təqdim etmişdir. Düzdür, 1828-ci ilə qədər Vollaston elastik platin hazırlamağın sirrini açıqlamamışdır.

Həmçinin Fraunhofer xətləri (ulduzların davamlı spektri fonunda görünən udma xətləri)1802-ci ildə ingilis fiziki və kimyaçısı Vilyam Vollaston tərəfindən kəşf edilmişdir.

Palladium 1803-cü ildə, rodium isə 1804-cü ildə Vilyam Hayd Vollaston tərəfindən kəşf edilmişdir.

1807-ci ildə Vollaston lucida kamerasını icad etmişdir. Alim həmçinin qütbləşən iki qırılmalı prizmaların növlərindən biri olan — Vollaston prizmasını icad etmişdir.

Kristalloqrafiya ilə maraqlanan və onunla məşğul olan Vollaston əks etdirən qoniometri icad etmişdir. Bütün elm dünyası Volta ilə Qalvani arasında elektrik ("qalvanik") cərəyanın yaranmasının səbəbləri ilə bağlı yaranan mübahisəyə qarışdıqda, Vollaston bu mübahisədə fəal iştirak edərək, hələ də onun adını daşıyan qalvanik element (və ya cüt) icad etmişdir.

Nəhayət, 1814-cü ildə Vollaston müxtəlif eksperimental məlumatlar əsasında tərtib edilmiş Dalton "atom" və ya "ekvivalent" çəkilər cədvəlindən daha dəqiq cədvəl təqdim etmişdir.

  • "Kopli" medalı
  • Beyker Mühazirəsi (1802, 1805, 1812, 1828)
  • Kral medalı (1828)

V.Vollastonun şərəfinə adlandırılanlar:

  • Mineral vollastonit (kalsium silikat)
  • Ayın görünən tərəfində krater (1935-ci ildə adlandırılmışdır)

1831-ci ildə Britaniya Geologiya Cəmiyyəti onun kəşf etdiyi palladiumdan hazırlanmış Vollaston medalı ilə təltif edir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Usselman M. C. William Hyde Wollaston // Encyclopædia Britannica (ing.).
  3. Les membres du passé dont le nom commence par W Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine (fr.)
  1. William Hyde Wollaston // Encyclopædia Britannica (англ.)
  2. William Hyde Wollaston // RKDartists
  3. William Hyde Wollaston // Энциклопедия Брокгауз (нем.) / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  4. Ермолович Д. И. Англо-русский словарь персоналий. — М.: Рус. яз., 1993. — 336 с. — С. 308
  5. Wollaston; William Hyde (1766–1828); Physiologist, Chemist and Physicist // Сайт Лондонского королевского общества (англ.)
  6. Les membres du passé dont le nom commence par W Архивная копия от 6 августа 2020 на Wayback Machine (фр.)
  • Храмов Ю. А. Волластон Уильям Хайд // Физики : Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд. 2-е, испр. и доп. — М. : Наука, 1983. — С. 66. — 400 с. — 200 000 экз.
  • Pearson, Tilmon H.; Ihde, Aaron J. (1951), "Chemistry and the Spectrum Before Bunsen and Kirchhoff", Journal of Chemical Education 28: 267–271
  • Hinde, P. T. (1966). "William Hyde Wollaston: The Man and His "Equivalents"". Journal of Chemical Education 243: 673–676.
  • Kipnis, Alexander. (1993) "The Man Who Discovered Rhodium". Rhodium Express. No 0: 30–34; "Discovery of Rhodium". Loc. cit. No 1: 30–34. ISSN 0869–7876
  • Иностранные члены Российской академии наук XVIII−XXI вв.: Геология и горные науки. / Отв. редактор И. Г. Малахова. М.: ГЦ РАН, 2012. − 504 с. ISBN 978-5-904509-08-8 (эл. версия).