Vilyam Viler — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 19-cu vitse-prezidenti.
Vilyam Uiler | |
---|---|
William Almon Wheeler | |
4 mart 1877 – 4 mart 1881 | |
Prezident | Raterford Heys |
Əvvəlki | Henri Vilson |
Sonrakı | Çester Artur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, ABŞ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Dəfn yeri |
|
Partiya | |
Təhsili | Vermont Universiteti |
Fəaliyyəti | siyasətçi, bankir, vəkil |
Həyat yoldaşı | Meri King Uiler |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Almon Viler , Malone,New Yorkda dünyaya gəlmişdir.Maddı sıxıntılara görə universitete gedə bilməməsi onu universitete girməyə mane törətmədi.Franklin akademiyası və Vermont universitetinə daxil oldu.1846-1849-cu illərdə Franklində prakror olaraq işlədi.1850-1851-də məclis üzvü,1858-1859-cu ildə isə New York əyalət senatoru oldu.1863-cü ildə Respublikaçılar partiyası tərəfindən 37-ci ABŞ konqresində çıxış edirdi.1861-63 və 1869-1877-də təmsilcilər məclisində vəzifə aldı.Dürüst bir adam olaraq öz ərazisində populyarlıq qazanmışdır.42-ci Konqresdə Pasifik dəmiryolları sədri , 43-cü Konqresdə isə Ticarət işləri sədri oldu..[1]
Respublikaçılardan olan Raterford Heys 19-cu prezident olaraq seçimləri qazandı.Özünə müavin olaraq Vilyam Viler seçdi.Vilyam Viler seçilməsində ən böyük üstünlüyü dürüst olması və düşməninin olmaması idi.Viler, ən son raqibi Frederick T. Frelinghuyseni 89-a 366 səslə qazandı.Onun populyar olmadığına görə Prezident Heys xanımı Lucy-ə demişdir "Deməkdən utanıram amma Viler kimdir?".Heys və Viler heç vaxt bir yerdə işləmədiyindən bu Viler üçün yeni təcrübə idi."
4 mart 1877-dən 4 mart 1881-ə qədər vəzifədə qaldı. Xanımı o vəzifəyə gəlmədən bir il əvvəl ölmüşdür.O tez-tez Ağ evdə alkoqolsuz yeməklərdə iştirak etmişdir. Və prezident müavini olaraq senatonun başına keçmişdir.Heys-ə görə Viler ona həm dost həmdə qardaşcasına yaxın olmuşdur."Çox az hallarda belə vəziyyət yaranırdı.Ailəmiz ona ürəkdən bağlı idi."-Heys deyirdi. Heys ikinci dəfə namizəd olmadığı üçün, Viler vəzifə müddəti bitdikdən sonra təqaüdə çıxdı.[1][2]
Vəzifədən sonra vaxtını doğulduğu yer olan Malonedə keçirdi.İki dəfə senatorluğa namizəd göstərilsədə seçilmədi.Viler 68-ci doğum günündən 26 gün əvvəl 4 iyun 1887-də cümə günü saat 10:10 da Malone,New Yorkda evində vəfat .[3] kilsəsində dəfn mərasimi keçirildi.7 İyunda həyat yoldaşının yanında dəfn edildi..[3]