Visente Foks Kesada (isp. Vicente Fох Quesada;2 iyul 1942[1][2][…], Mexiko[1]) — Meksika siyasətçisi və dövlət xadimi, 2000–2006-cı illərdə Meksika Prezidenti. O, sağ mərkəzçi Milli Fəaliyyət Partiyasından (PAP) seçilmişdir.
Visente Foks Kesada | |
---|---|
isp. Vicente Fox Quesada | |
| |
1 dekabr 2000 – 30 noyabr 2006 | |
Əvvəlki | Ernesto Sedilyo |
Sonrakı | Felipe Kalderon |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1942[1][2][…] (82 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, iqtisadçı, iş adamı |
Həyat yoldaşı |
|
Dini | Roma-Katolik kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vinsente Foks 1942-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində ispandilli varlı ailədə anadan olmuşdur. Onun anası bask immiqrant, atası isə yerli meksikalı idi.[3] Foks İberoamerikan Universitetində oxumuşdur. O, 1974-cü ildə Harvard Biznes Məktəbindən idarəetmə bacarıqları üzrə sertifikat əldə etmişdir.[4][5][6]
Karyerasına "Coca-Cola" şirkətində məhsul transferi üzrə supervayzer kimi başlamışdır.[7]