Şivolki adaları

Şivolki adalarıNordenşeld arxipelaqının tərkibinə daxil olan adalar qrupu. Adalar Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnirlər. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Adalarda həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1].

Sivolki adaları
rus. Острова Цивольки
Ümumi məlumatlar
Adaların sayı 18
Hündür nöqtəsi 58 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
76°38′59″ şm. e. 94°37′27″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriya
Sivolki adaları xəritədə
Sivolki adaları
Sivolki adaları
Sivolki adaları' (Nordenşeld arxipelaqı)
Sivolki adaları
Sivolki adaları, Nordenşeld arxipelaqı

Arxipelaqın ən qərb nöqtəsini təşkil edir. Şərq hissədən Paxtusov adası, cənub-şərqdən Vilkis adasından Radzeevski boğazı ilə ayrılır. Adalar olduqca sıx yerləşmişdir. Onlar arasında məsasə 5-7 kilometri keçmir. Adalar qrupu şərqdən qərdə 40 kilometr, şimaldan cənuba isə 25 km məsafədə uzanır. Ən hündür nöqtəsi 58 metr təşkil edir. Bu baxımdan Krasin adası ən hündürüdür. Adalar qruouna daxil olan ən cənubundan Rusiyanın materik hissəsi ilə məsafə 45 kilometr təşkil edir. Adalar 1901-ci ildə Eduard Vasileviç Toll tərəfindən adlandırılmışdır. O, adaları Varşavada doğulmuş Aqust Karloviç Şivolkinin şərəfinə adlandırmışdır. Karloviç Şivolki öz növbəsində Yeni Torpaq arxipelaqında tədqiqat işləri aparan böyük rus araşdırmaçılarından olmuşdur[2].

Adalar qrupuna daxil olan adalar:

Lelin adası — qrupun ucqar şimalında qərarlaşır.

Ermak adası — düz qruluşa malik olmayan qayalıqlardan ibarət ada. Öz qrupunun ucqar şimal nöqtəsini təşkil edir.

Kuçum adası — qrupun şimal-qərbində qərarlaşan kiçik ada

Sadko adası — iri uzanmış formaya malik olan ada. Qrupun şimalında yerləşir.

Şuls adası — qrupa daxil olan iri ada, qərb hissədə qərarlaşır.

Маметкул — слегка вытянутый остров в центральной части островов Цивольки.

Vitte adası — qrupun şimal-şərqində yerləşən kiçik ada

Kovalekski adası — qrupun şimal-qərbində yerləşən kiçik ada.

Ukromnıy adası — Krasin adasının şimal sahillərində qərarlaşır.

Brandvaxt adası — Krasin adasının qərb sahillərində olduqca kiçik ada.

Krasin adası — ən iri adalardan biri. Qrupun ucqar şərqində yerləşir.

Savvı Loşkin adası — qrupun mərkəzində yerləşən iri ada.

Vasilev adası — qrupun ən iri adalarından biridir. Qrupun mərkəzində qərarlaşır.

Qryada adası — kiçik uzantə formasında olan ada. Vasilev adasının qərb sahilinə yaxın qərarlaşır.

Kazak adası — qrupun cənub-qərbində yerləşən elə də böyük olmayan ada.

Ledokol adası — qrupun cənubunda yerləşən elə də böyük olmayan ada.

Makarov adası — qrupun ölçülərinə görə ikinci ən böyük adası. Üstəlik qrupun həm cənub həm də qərb nöqtələrini təşkil edir.

Oktyabr adası — elə də böyük olmayan ada. Qrupun cənub-şərq hissəsində yerləşir.

  1. "Böyük Arktik qoruğu". 2008-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  2. Aqust Karloviç Şivolkinin bioqrafiyası