Vladimir İliç Lenin — Azərbaycan RespublikasınınAğstafa rayonunun Böyük Kəsik qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Sadıqlı kənd Sovetinin V. İ. Lenin adına qəsəbəsi Böyük Kəsik kənd Sovetinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Böyük Kəsik qəsəbə inzibati ərazi-vahidi tərkibindəki V.İ.Lenin adına qəsəbə rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.[2]