Nizami (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Nizami kəndi, Vladimirovka kənd inzibati ərazi dairəsi Nizami kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[1]
Nizami | |
---|---|
39°55′08″ şm. e. 48°45′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin keçmiş adı Qəhrəmanlı olmuşdur. 1891-ci ildə Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus ailələri məskunlaşdıqdan sonra belə adlanmışdır. 2004-cü ildən Nizami adı ilə rəsmiləşdirilmişdir.[2]
Kənd Muğan düzündə yerləşir.
Sabirabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |