Vladislav Qədirov

Vladislav Əziz oğlu Qədirov (16 noyabr 1970[1], Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet, və Azərbaycan futbolçusu. Azərbaycan milli futbol komandasının keçmiş üzvü. SSRİ idman ustası (1987).

Vladislav Qədirov
Ümumi məlumatlar
Doğum tarixi 16 noyabr 1970(1970-11-16)[1] (53 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu 180
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub klubsuz
Karyerası
Klub karyerası[* 1]
1988—1991 SSRİ Neftçi 93 (11)
1992—1994 Rusiya Saxalin 74 (54)
1995 Azərbaycan Neftçi 2 (0)
1995 Rusiya Lokomotiv-NN 0 (0)
1995 Rusiya Arsenal Tula 19 (10)
1996—1997 Rusiya Spartak Ryazan 54 (8)
1998 Rusiya Lada-Energiya 21 (1)
1998 Azərbaycan Bakı Fəhləsi 5 (0)
Milli yığma[* 2]
1987 SSRİ SSRİ (16 yaşlılar) ? (?)
1994—1996 Azərbaycan Azərbaycan 10 (0)
Məşqçisi olduğu klublar
2006—2007 Azərbaycan Standard Sumqayıt
2008—2009 Azərbaycan Muğan
2010—2011 Azərbaycan Rəvan
2011—2012 Azərbaycan Rəvan
Təltif və medalları

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladislav Əziz oğlu Qədirov 20 avqust 1970-ci ildə Bakının Buzovna qəsəbəsində işçi ailəsində anadan olub. Atası zavod işçisi, anası isə telefonçu olub.[2]

1977-ci ildə "Gənclik" uşaq futbol məktəbinə gedib. İlk məşqçisi Boris Tibilov olmuşdur.[3]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

1988–1991-ci illər ərzində Bakının "Neftçi" komandasının heyətində çempionat oyunlarında 93 oyun keçirib, 11 qol vurub. 1988-ci ildə bu komandanın heyətində Federasiyalar Kubokunun finalçısı olub.

1992-ci ildə Rusiyanın "Saxalin" klubuna keçib. İki il ərzində bu komandanın heyətində çempionat oyunlarında 74 oyun keçirib, 54 qol vurub. Qədirov "Saxalin" klubunun tarixində ən çox qol vurmuş futbolçudur.[4]

1995-ci ildə "Neftçi"yə qayıtsa da, burada cəmi 2 oyun keçirdikdən sonra yenidən Rusiyaya qayıdıb və Nijni Novqorod şəhərini təmsil edən "Lokomotiv-NN" komandasına keçib. Lakin bu komandanın heyətində rəsmi görüşlərdə debüt etmədən "Arsenal Tula" komandasına transfer olunub.

1996–1997-ci ilərdə "Spartak Ryazan", 1998-ci ildə isə "Lada-Energiya" komandalarında çıxış edib.

1998-ci ildə Azərbaycana qayıdıb və "Bakı Fəhləsi" komandasının heyətində futbolçu karyerasına son qoyub.

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

1987-ci ildə SSRİ yığma komandasının heyətində Kanadada keçirilmiş 17 yaşlı futbolçular arasında dünya çempionatının qalibi olub.

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

Vladislav Qədirov 13 dekabr 1994-cü ildə Avro 1996-nın seçmə oyunu çərçivəsində Fransa milli komandasına qarşı keçirilmiş görüşdə Azərbaycan milli futbol komandasının heyətində debüt edib.[5] Oyun Fransa yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qədirov 1994–1996-cı illər aralığında formasını geyindiyi Azərbaycan milli futbol komandasının heyətində ümumilikdə rəsmi görüşlərdə 10 oyun keçirib.

Məşqçilik karyerası

[redaktə | mənbəni redaktə et]

2006/07 mövsümündə Azərbaycan Birinci Liqasında çıxış edən "Standard Sumqayıt" komandasında baş məşqçi kimi çalışıb.[6]

2008-ci ildə "Muğan" komandasına baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında 15-i premyer liqada, 2-si isə Ölkə Kubokunda olmaqla ümumilikdə 17 oyun keçirib. Uğursuz nəticələr səbəbindən (1 qələbə, 2 heç-heçə, 14 məğlubiyyət) ikinci dövrənin əvvəlində istefaya göndərilib.[7]

2009-cu ilin aprel ayında 1921 yaşlılardan ibarət Azərbaycan yığmalarının seleksiyaçı məşqçisi təyin olunub.[8]

2010/11 mövsümündə Bakının "Rəvan" komandasında baş məşqçi çalışıb və komandasını yüksək liqaya yüksəldib. 2011-ci ilin may ayında "Rəvan"ın idman direktoru təyin olunub. 2011-ci ilin sentyabr ayında "Rəvan"ın baş məşqçisi postunda Bəhmən Həsənovu əvəzləyib.[9] 2012-ci ilin fevral ayında istefaya göndərilib.[10]

  1. 1 2 Vladislav Kadyrov // Transfermarkt (çd.). 2000.
  2. "«Во времена моей юности футбол был другим: настоящим, честным и сильным»". Qorod.blog. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2020. (#apostrophe_markup)
  3. "Чемпион мира по футболу" (rus). Kaspi qəzeti. 2017-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
  4. "«Сахалин» в цифрах и фактах". Tia-ostrova.ru. Archived from the original on 2013-04-17. İstifadə tarixi: 31 iyul 2020. (#apostrophe_markup)
  5. Азербайджан 0 : 2 Франция // Footballfacts.ru
  6. "В Азербайджане будет создана футбольная академия // Echo-az.com". 2013-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-22.
  7. "Vladislav Qədirov "Muğan"dan istefa verdi". Qol.az. İstifadə tarixi: 31 iyul 2020. (#apostrophe_markup)
  8. "Бывший наставник Мугани стал тренером сборной". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-19.
  9. "Vladislav Qədirov "Rəvan"a baş məşqçi təyin olunmuşdur". Azertag.az. İstifadə tarixi: 31 iyul 2020. (#apostrophe_markup)
  10. "Владислав Кадыров уволен из «Ревана»". Extratime.az. Archived from the original on 2013-01-15. İstifadə tarixi: 31 iyul 2020. (#apostrophe_markup)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]