Vo Nquyen Zyap

Vo Nquyen Zyap (Vyetnam. Võ Nguyên Giáp; 25 avqust 1911[1][2][…]4 oktyabr 2013[3][1][…], Hanoy) — Vyetnam generalı və siyasətçisi. O, Birinci Hind-ÇinVyetnam müharibələrində iştirak etmişdir. Həmçinin, Ho Şi Min hökumətinin daxili işlər naziri, Vyetnam Qüvvələrinin Baş Komandanı, Vyetnam Xalq Ordusunun Baş Komandanı, Müdafiə naziri və Vyetnam Kommunist Partiyasının Siyasi Büro üzvü kimi tanınır.

Vo Nquyen Zyap
vyet. Võ Nguyên Giáp
Şəxsi məlumatlar
Doğum adı Võ Giáp
Doğum tarixi 25 avqust 1911(1911-08-25)[1][2][…]
Vəfat tarixi 4 oktyabr 2013(2013-10-04)[3][1][…] (102 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Vyetmin, Vyetnam Xalq Ordusu
Xidmət illəri 1944-cü ildən
Rütbəsi Dörd ulduzlu general
Komandanlıq edib
Döyüşlər
Təltifləri Hero of the People's Armed Forces "Qızıl ulduz" ordeni "Ho Şi Min" ordeni Military Exploit Order Fatherland Defense Order Feat Order
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vo Nquyen Zyap 1911 və ya 1912-ci ildə Quanqbin əyalətinin (Mərkəzi Vyetnam) Anxa kəndində anadan olmuşdur. Atası Vo Quanq Nqiyem, əkinçi idi. 1885 və 1888-ci illərdə fransızlara qarşı üsyanlarda iştirak etmişdi. 1919-cu ildə hələ on yaşı olmayan Vo Nquyen Zyapın atası təxribatçı fəaliyyətinə görə həbs edildi. Həbsindən bir neçə həftə sonra Nqiem həbsxanada, işgəncə nəticəsində öldü. Nqiem həbsindən qısa müddət sonra Vo Nquyen Zyapın böyük bacısı da öldü. Bu hadisələrin Vo Nquyen Zyapın xarakterinə və müstəmləkəçilərə münasibətinə əhəmiyyətli təsir göstərdiyinə inanılır.[4]

Vo Nquyen Zyap ibtidai təhsilini atasının rəhbərliyi altında evdə aldı. 1920-ci illərin ortalarında Avropa tipli təhsil verən Hue Dövlət Liseyində oxudu. Kollecdə oxuyarkən Vo Nquyen Zyap Xo Şi Minin pamfletini oxudu və inqilabi gənclər təşkilatına qoşuldu. 1927-ci ildə, on beş yaşında, hakimiyyətin özbaşınalığına etiraz olaraq lisey şagirdlərinin tətilini təşkil etdi, sonra təhsil müəssisəsindən qovuldu. Bundan sonra o, yeraltı inqilabi fəaliyyətlərdə fəal iştirakını davam etdirdi. 1930-cu il uğursuz anti-Fransız qiyamından sonra həbs olundu və burada gələcək həyat yoldaşı Min Tay ilə görüşdü.

Sərbəst buraxıldıqdan sonra təhsilini Hue-də bitirməyə icazə verildi və 1933-cü ildə hüquq təhsili aldığı Hanoy Universitetinə daxil oldu. 1930-cu illərdə yeraltı inqilabi qəzetlərdə fəal yazılar yazdı və Hindokina Kommunist Partiyasına üzv oldu. Eyni zamanda, gələcək komandir Napoleon və Sun Tzunun bir çox əsərini oxudu, Fransa imperatorunun fanatına çevrildi. Vo Nquyen Universitetini bitirdikdən sonra təxminən bir il özəl Hanoy litseyində tarix müəllimi işləmişdir. 1930-cu illərin sonlarında Vo Nquyen Zyap ilk dəfə evləndi. İlk həyat yoldaşı Minq Tay ilə həyatı haqqında bilinən şey, onların bir qızı olmasıdır.

Nquyen Zyap 1946 və ya 1947-ci ildə yenidən evləndi, ikinci arvadı Danq Tay Hai idi. Zyap, 1950-ci illərdən bəri yüksək təzyiqdən və dövri baş ağrılarından əziyyət çəkirdi.[5]

Fransa ilə müharibə

[redaktə | mənbəni redaktə et]

1945-ci ilin avqustunda Yaponiyanın təslim olmasından dərhal sonra Vyetnam qüvvələri Vyetnamın bir sıra əsas şəhərlərini, o cümlədən Ho Çi Min-in sentyabrın 2-də müstəqilliyini elan etdiyi Hanoyu işğal etdilər. Vo Nquyen Zyap müvəqqəti hökumətdə daxili işlər naziri təyin edildi və bir müddət sonra Dövlət Müdafiə Ali Şurasının sədri oldu, yəni əslində müdafiə naziri oldu. 1946-cı ildə Vyetnamın gələcək statusu ilə əlaqədar fransızlarla danışıqlarda Vyetnam nümayəndə heyətinin sədr müavini idi. Fransa Vyetnama zərbələr endirmək və keçmiş müstəmləkəsinə qayıtmaq üçün qüvvələr yaratmaq üçün diplomatik manevrlərdən istifadə etdi. 1946-cı ilin noyabr-dekabr aylarında Fransada İndoçinada səkkiz illik müstəmləkə müharibəsinin başlandığını qeyd edən Fransa ordusu ilə Vyetnam qüvvələri arasında düşmənçilik başladı.

1947-1949-cu illər Vo Nquyen Zyap üçün çox böyük bir dövr idi. Qırmızı çay deltasında ölkənin gələcək nizami ordusunu yaratdı. 1949-cu il Vyetnamlıların bir neçə ildir əməkdaşlıq etdiyi kommunist qüvvələri Çində qələbə qazandı. Mao Zedonq dərhal Vyetnama yardımı artırdı. 1950-ci ildə General Vo Nquyen Zyap, Vyetnam-Çin sərhəddində tam nəzarət quraraq və böyük qüvvələrin hərəkətlərini əlaqələndirmək qabiliyyətini nümayiş etdirərək ilk böyük hücumunu təşkil etdi. 1954-cü ilin mart-may aylarında Dien Bien Fu döyüşü Vo Nquyen Zyapın karyerasında ən uğurlu hərbi əməliyyat idi.

Mayın 7-də Fransa qüvvələri təslim oldu. Fransız cəmiyyəti məğlubiyyətdən gileyləndi və müharibənin davam etdirilməsi siyasi cəhətdən mümkünsüz oldu. General Vo Nquyen Zyap, XX əsrin müstəmləkə müharibələri tarixində yerli qüvvələrin müstəmləkə üzərində ən böyük qələbəsini qazandı və dünya miqyasında şöhrət qazandı.[6]

Vyetnam müharibəsi

[redaktə | mənbəni redaktə et]

1954-cü ilin iyulunda Cenevrə Sazişləri imzalandıqdan sonra, Vyetnam müvəqqəti olaraq iki hissəyə, kommunist Şimal və Fransız tərəfdarı olan Cənubi bölgələrə ayrıldı. Çox keçmədən Nqo Dinh Zyem, Cənubi Vyetnamda, qətiyyətli Amerika tərəfdarı xəttinə sadiq qalaraq hakimiyyətə gəldi. 1956-cı ildə ümumi seçkidən sonra Vyetnamın birləşməsini təmin edən Cenevrə Sazişinin icrasını pozmağa müvəffəq oldu. Zyem hökumətinin avtoritar idarəetmə tərzi və uğursuz daxili siyasəti Cənubi Vyetnamın Milli Azadlıq Cəbhəsi olaraq bilinən silahlı müxalifətin yaranmasına təkan verdi. 1959-cu ildə Şimali Vyetnam rəhbərliyi, ölkənin birləşməsinin dinc yollarını görməyərək, cənubdakı partizan birləşmələrini dəstəkləmək qərarına gəldi.[7]

Cənubdakı müharibəyə müdaxilənin başlaması ilə ordunun siyasi şöbəsinin müdiri və şəxsi rəqibi Nquyen, Ti Tan ilə ümumi fəaliyyət strategiyası haqqında uzun bir müzakirələrə başladı. Tan müntəzəm müharibə növünə uyğun böyük döyüşlərin təşkil olunmasını təklif etdi. 1965-ci ildə ABŞ maliyyə və siyasi dəstəyindən Cənubi Vyetnama müharibədə birbaşa iştirak etmək üçün keçdi, cənuba müntəzəm qoşunlar göndərdi və şimalı bombalamağa başladı.

General Tan 1967-ci ilin ortalarında vəfat etsə də, Zyap yenə də strateji hücum üçün fikirlərini həyata keçirməli idi. 1968-ci ilin yanvar-fevral aylarında Tet hücumu, tez bir zamanda müharibəni qazanmaq cəhdi idi. Tamamilə uğursuzluğa və fəlakətli itkilərə baxmayaraq, Cənubi Vyetnamda bir sıra gözlənilməz və əlaqələndirilmiş hücumların psixoloji təsiri böyük idi. Üç il davam edən hərbi əməliyyatlardan sonra artıq müharibənin uğuruna şübhə edən Amerika cəmiyyəti nəhayət qələbənin əlçatmaz olduğuna inandı. Mart ayında ABŞ Prezidenti Şimali Vyetnamla müharibənin sona çatması ilə əlaqədar danışıqların başladığını elan etdi. Qeyd edək ki, Vo Nquyen Zyap Tet hücumunu planlaşdırmaqda əsas fiqur idi. ABŞ-nin Vyetnamdakı hərbi kəşfiyyat idarəsinin rəisi general Devidsonun dediyinə görə, Zyap birbaşa Kesan Dəniz Qoşunlarının mühasirəsini Şimal və Cənub arasındakı silahsız zonanın yaxınlığına yönəltmiş ola bilər. 1972-ci ilin mart ayında başlayan Pasxa hücumu, Zyapın planlaşdırdığı son hərbi əməliyyat idi. Şimali Vyetnamın demək olar ki, bütün ordusu hücumda iştirak etsə də, müvəffəqiyyət əyalət paytaxtı Quanqçi və bir neçə kiçik şəhərin tutulması ilə məhdudlaşdı, itkilər çox böyük idi. Bu hücumdan sonra Vo Nquyen Zyap artıq hərbi əməliyyatların planlaşdırılmasında böyük rol oynamadı. Vyetnam müharibəsinə son qoyan 1975-ci ilin qalib gələn yaz hücumu onun tərəfindən təşki olunmamışdı və Van Tien Dunq tərəfindən həyata keçirilmişdi. Buna baxmayaraq, Baş nazir Pham Van Donq yenə də Vo Nquyen Zyapı Şimali Vyetnamın qələbəsinin memarı adlandırdı.[8]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1976-cı ilin iyulunda Vyetnamın iki hissəsinin birləşməsindən sonra Vo Nquyen Zyap baş nazirin müavini təyin edildi. 1980-ci ilin fevralında Zyap müdafiə naziri vəzifəsinə keçirildi.1982-ci ildə Vyetnam Siyasi Bürosundakı vəzifəsini itirəndən sonra general Zyap hökumətdə hər hansı bir əhəmiyyətli rol oynamağı dayandırdı. 1991-ci ildə bütün vəzifələrdən uzaqlaşdırıldı. Ömrünün son illərində, qapalı bir həyat tərzi sürdü və nadir hallarda xalq arasında danışırdı, məsələn, 2004-cü ildə o zaman "ABŞ İraq müharibəsində qalib gələ bilməyəcəyini" elan etdi.[9] Bununla birlikdə, Vyetnam rəhbərliyindəki korrupsiyanı tənqid etməyə davam etdi.[10] 2010-cu ildə Zyap, Vyetnamın Mərkəzi Dağlarında genişmiqyaslı boksit mədən layihəsini tənqid etdi. O, 1980-ci illərdə mütəxəssislər tərəfindən aparılan araşdırmaların, mədən işlərinin ciddi ekoloji risklərə səbəb olacağını göstərdi.

4 oktyabr 2013-cü ildə 2009-cu ildən bəri olduğu Hanoy Hərbi Xəstəxanasında vəfat etdi.[11]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Vo Nguyen Giap // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Vietnam's General Vo Nguyen Giap dies.
  4. "«General Giap», The Economist,Oct 12th 2013". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  5. "Kỳ 3: Cuộc đấu tranh trong nội bộ". 2016-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  6. Black, Edwin F.The Master Plan for Conquest in Vietnam// Military Review. — June 1963. — Vol. 43 — No. 6.
  7. "Вьетнамский генерал Во Нгуен Зяп — полководец азиатской цивилизации". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  8. Во Нгуен Зиап. Один из величайших полководцев 20 века.
  9. Г. Дункель.ВЬЕТНАМСКИЙ ГЕРОЙ СРАВНИВАЕТ ИРАК С ВЬЕТНАМОМ Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine
  10. "«Красный Наполеон»". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  11. "Умер самый знаменитый вьетнамский полководец". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.