Voronov soğanı

Voronov soğanı (lat. Allium woronowii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (EN B2ab (i, ii, iii)). Azərbaycanın nadir növüdür.

Voronov soğanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 1-2 sm diametrində, boz qınlıdır. Gövdə 4 (7) – 13 sm hündürlükdə, 6-13 mm enində, novşəkilli, göyümtül yarpaqlıdır. Çətir şarvaridir. Çiçəkyanlığı 5-6 (7) mm uzunluğunda, çəhrayıdır. Erkəkcik bütöv, xarici neştərşəkilli, daxili enli, tozluqları tünd-bənövşəyi; sütuncuq çiçəkyanlığından kənar çıxmır. Qutucuq şarvari, 1/3 dəfə çiçəkyanlığından qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir. Soğanaqla, toxumla çoxalır. İşıqsevəndir. Kseromezofitdir. Geofit bəzək və qida bitkisidir.

Naxçıvanın dağlıq hissəsində (Şahbuz rayonunun Biçənək kəndi, Şərur rayonunun Qaraquş dağı) yayılmışdır. Orta dağ qurşağından subalp qurşağına qədər quru, çınqıllı və qayalı yamaclarda bitir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpası azalır, iqlimin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Məhdud sahələrdə yayılması, dekorativ əhəmiyyətli olması və soğanaqlarının əhali tərəfindən qida kimi istifadə olunması.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, yayıldığı sahələr xüsusi nəzarətə alınmalı, yeni yayılma yerləri tapılmalıdır. Antropogen təsirdən (dekorativ və qida kimi istifadə üçün) qorunması vacibdir.