Vurğun Quliyev (13 iyul 1976, Masallı rayonu, Azərbaycan SSR, SSRİ – 2000, Göyçay rayonu, Azərbaycan) — qapıçı mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu.
Vurğun Quliyev | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||
Doğum yeri | Masallı rayonu, Azərbaycan SSR, SSRİ | ||||||||||||||||||
Vəfat tarixi | |||||||||||||||||||
Vəfat yeri | Göyçay rayonu, Azərbaycan | ||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
||||||||||||||||||
Mövqeyi | qapıçı | ||||||||||||||||||
Karyerası | |||||||||||||||||||
|
|||||||||||||||||||
|
Vurğun Quliyev 13 iyul 1976-cı ildə Masallı rayonunda anadan olub.[1] Peşəkar futbolçu karyerasına 1993-cü ildə "İnşaatçı Bakı" komandasında başlayıb. Burada keçirdiyi iki mövsüm ərzində yüksək dəstədə 12 oyunda meydana çıxıb.[2]
1995–1996 mövsümünü o dövrdə istedadlı gəncləri heyətinə cəlb etməsi ilə tanınan Vaqif Sadıqovun rəhbərlik etdiyi birinci dəstə təmsilçisi olan "Fərid"də keçirir.[1][3] Yeni komandasında əvvəlcə üçüncü qapıçı olan Vurğun, bir müddət sonra məşqçinin ona verdiyi şansdan maksimum yararlanır və klubun əsas qapıçısına çevrilir.[1]
1996–1997 mövsümünü "Bakı Fəhləsi"ndə keçirən qapıçı, 1998-ci ildə Ağdamın "Qarabağ" komandasına transfer olunub.[1][2] "Köhlən atlar"ın heyətində keçirdiyi iki mövsüm ərzində 30-u yüksək dəstədə, 4-ü isə UEFA İntertoto Kubokunda olmaqla, cəmi 34 oyunda forma geyinib.[2][4]
Yenicə "VAZ-2106" markalı avtomobil alan qapıçı, 2000-ci ildə anası və nişanlısı ilə Zaqatalada baş tutacaq qohum toyuna getməyi qərara alır. Avtomobil sürməyi təzə öyrəndiyi üçün, dostları və qohumları ona avtobusla getməyi məsləhət görsələr də, o, fikrindən dönmür. Toyda iştirak edən qohumlar səhərisi gün Bakıya qayıdarkən Göyçay rayonu ərazisində Vurğunun idarə etdiyi avtomobil yoldan çıxıb və ağaca çırpılıb. Qəza nəticəsində Quliyev hadisə yerindəcə keçinib, anası və nişanlısı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.[1]