Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi[1][2][3] (CVMAC; vyet. Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam), həmçinin Vyetkonq (ing. Viet Cong, vyet. Việt Nam Cộng sản – Vyetnam kommunizmi) — Vyetnam Fəhlə Partiyası Mərkəzi Komitəsinin 1959-cu il yanvar plenumunda qəbul edilmiş ölkənin cənubunda "silahlı üsyana" keçid haqqında qərarına uyğun olaraq qurulmuş, 1960–1977-ci illərdə Vyetnam müharibəsində döyüşən tərəflərdən biri kimi Cənubi Vyetnamda fəaliyyət göstərmiş hərbi-siyasi təşkilat.[4] Vyetkonq VDR və Cənubi Vyetnam partizanlarının siyasi və ictimai xadimlərinə istinad etmək üçün istifadə edilən bir termindir. 1960-cı illərin axırlarından termin Amerika mediasında bütün Vyetnam kommunistlərinə istinad etmək üçün istifadə edilmişdir.[5]
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi Việt Cộng, FNL, 越共, NFB, Вьетко́нг | |
---|---|
Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam | |
Yaranma tarixi | 21 iyul 1954 |
Ləğvolma tarixi | 4 iyul 1976 |
Vikianbarda əlaqəli mediafayllar |
1954-cü ildə Fransaya qarşı Hindçin müharibəsi başa çatdıqdan sonra Vyetnam iki yerə bölünmüşdür: Lao-Donq Kommunist Partiyasının rəhbərlik etdiyi Şimali Vyetnam və Cənubi Vyetnam. Birləşmə 1956-cı ildə azad ümumi seçkilərdən sonra baş tutmalı idi. 1955-ci ilin oktyabrında cənubda Vyetnam Respublikası elan edlmişdir. 1957-ci ilin payızında məxfi kommunist qüvvələri Cənubi Vyetnam hökumətinə qarşı silahlı mübarizəyə keçmişdir.
1959-cu ildə Şimali Vyetnam Cənubi Vyetnam partizanlarını dəstəkləməyə başlamış, onlara 1954-cü ildə şimala köçən cənublular arasından silah və məsləhətçilər göndərmişdir. Şimali Vyetnamın təqdim etdiyi versiyaya görə, 1960-cı ilin yanvarında Cənubi Vyetnamda Nqo Dinh Zyem hökumətini devirməyə yönəlmiş silahlı üsyan başlamışdır.
20 dekabr 1960-cı ildə "Cənubi Vyetnamın azad edilmiş rayonlarından biri"ndə keçirilən Vətənpərvər Qüvvələrin Konqresində Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC) yaradılmışdır.