Vyetnam musiqisi— ölkənin etnik zənginliyinə görə, müxtəlif və sinkretikdir. Tarixinin çox hissəsində Vyetnam musiqisi Çin musiqi ənənəsindən, eləcə də Koreya, Monqolustan və Yaponiyadan çox şey götürmüşdür. Qədim Hind-Çin krallığı Çampa da Vyetnam musiqisinə təsir etdi, çünki Vyetnam hökmdarları Çam bəstələrini dinləməyi xoşlayırdılar. Bununla belə, xarici təsirlərə baxmayaraq, Vyetnam musiqi mədəniyyəti, əsasən, köklərini xalq musiqisindən alması ilə fərqlənir. Vyetnam musiqisi dörd dövrə bölünür: X-XIV əsrlər, XV-XVIII əsrlər, XIX-XX əsrin birinci yarısı və 1945-ci ildən bizim dövrümüzə[1].
Musiqi haqqında ən erkən etibarlı məlumat X əsrdə hakimiyyətdə olmuş Dinx sülaləsinə aiddir. O vaxta qədər ölkənin musiqisi haqqında çox az şey məlum idi. 10-cu əsrdən sonra Vyetnam musiqisinin inkişafına Çin və Hindistanın təsiri olmuşdur. Çampa işğalından sonra vyetnamlılar sənəti yüksək qiymətləndirilən Çam müğənnilərini əsir götürdülər. 990-cı ildə Çin səfiri İmperator Le Hoanın Vyetnamca mahnı ilə səfiri masaya necə dəvət etdiyini yazmışdı. Bu illərdə imperatorlar vaxtaşırı süni dağlar düzəldirdilər, onların üzərində musiqiçilər, müğənnilər və rəqqaslar çıxış edirdilər. Eyni zamanda saray musiqisi bir janr kimi hələ mövcud deyildi, xalq əsərləri hökmdarlar qarşısında ifa olunurdu. 15-ci əsrdən etibarən Hindistanın musiqiyə təsiri zəiflədi, əsas diqqət Çin Mingə yönəldi. 19-cu əsrin əvvəllərində Vyetnam musiqisi təcrid olundu, Avropa təsiri meydana çıxdı. 20-ci əsrin əvvəllərində "islah edilmiş" Kai Luong teatrı yaradıldı. Ölkənin cənubunda mandolin, klassik gitara və skripka populyarlıq qazandı. İkinci Dünya Müharibəsinin başlaması ilə Vyetnam musiqisinin inkişafında müasir dövr başladı. 1980-ci illərə qədər ənənəvi musiqi populyarlıq baxımından avropalı musiqidən aşağı idi, sonra avtoxton musiqi ənənəsi dəbi geri qayıtdı.