Vyetnam Silahlı Qüvvələri

Vyetnam Xalq Ordusu (VXO; vyet. Quân Đội Nhân Dân Việt Nam, hərf.Vyetnam xalqının ordusu, QĐNDVN) — Vyetnam Sosialist Respublikasının silahlı qüvvələrinin rəsmi adı.

Vyetnam Xalq Ordusu
Quân đội nhân dân Việt Nam
Yaranma tarixi 22 dekabr 1944 (79 il əvvəl) (1944-12-22)
Ölkə
Daxildir Vyetnam Xalq Silahlı Qüvvələri
Qərargah Milli Müdafiə Nazirliyi, Nquyen Tri Fuonq yolu nömrə 7, Badin, Hanoy
Şüarı Quyết thắng ("Qazanmaqda qərarlı")
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

22 dekabr 1944-cü il Vyetnam Xalq Ordusunun (VXO) yaranma tarixi hesab olunur. Bu gün nizami qüvvələrin ilk dəstəsi yaradılmış və Vo Nquyen Zyap tərəfindən idarə edilmişdir. Bu zaman dəstə 1 yüngül pulemyot, 17 tüfəng, 2 tapança və 14 çaxmaqlı tüfənglə silahlanmış 34 döyüşçüdən ibarət idi. 1944-cü il dekabrın 24 və 25-də dəstə ilk döyüş əməliyyatlarını həyata keçirmişdir. Burada Fransa müstəmləkə qoşunlarının iki postu hücuma məruz qalmış və ələ keçirilmişdir.[1]

Daha sonra Vo Nquyen Zyap VXO-nun ilk Baş Komandanı olmuşdur.

1945-ci ilin aprelində Vyetnamın FransaYaponiyadan müstəqilliyi uğrunda mübarizə aparmaq üçün Ho Şi Min tərəfindən yaradılmış hərbi-siyasi təşkilat olan Vyetmin dəstələrində vuruşan döyüşçülərin sayı minə çatmışdır. O zaman əsas hərbi komandanlıq yaradılmış və ilk komandir heyətinin hazırlanması üçün məktəblər açılmışdır.[2]

15 may 1945-ci ildə "Vətəni xilas edən" və azadlıq dəstələrinin birləşməsi nəticəsində "Vyetnam Azadlıq Ordusu" yaradılmışdır.[3][4]

  1. История Второй Мировой войны 1939–1945 (в 12 томах) / редколл., гл. ред. А. А. Гречко. том 9. М., Воениздат, 1978. стр.327
  2. История Второй Мировой войны 1939–1945 (в 12 томах) / редколл., гл. ред. А. А. Гречко. том 11. М., Воениздат, 1980. стр.109–114
  3. История Вьетнама, середина XIX — середина XX в. (пер. с вьетнам. И.Д. Бакшт и В.И. Мещерякова). М., "Наука", 1991. стр.321
  4. "Early Days: The Development of the Viet Minh Military Machine". 2010-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-01.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • The Years of Fighting and Building of the Vietnamese People's Army. Ha-noi, 1951.
  • Nguyen Cong Luan. The NVA: A New Look. // Infantry. — March-April 1975. — Vol. 65 — No. 2.
  • Придыбайло А. Вьетнамская Народная армия. — М., 1974.
  • Марков М., Корин А. Вооружённые силы Вьетнама // Зарубежное военное обозрение. — 1994. — № 3. — С. 8–13.