Xülusi Bəhçət

Xülusi Bəhçət (türk. Hulusi Behçet) (20 fevral 1889[1], İstanbul8 mart 1948[1], İstanbul) — Türk dermotologiya mütəxəssisi və alimi.

Hulusi Behçet
türk. Hulusi Behçet
Doğum tarixi 20 fevral 1889(1889-02-20)[1]
Doğum yeri
Vəfat tarixi 8 mart 1948(1948-03-08)[1] (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
İş yeri
Təhsili
hulusibehcet.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1937-ci ildə, bir qan damarı iltihab xəstəliyi olan və bu gün öz adı ilə anılan Bəhçət Xəstəliyini təsvir edən ilk elm insanı olmuşdur.

Çətin bir uşaqlıq keçirən Bəhçət çox gənc yaşda anasını itirmiş və nənəsi tərəfindən böyüdülmüşdür. Atasının Dəməşqdəki işləri səbəbiylə ibtidai təhsilini o vaxtlar Osmanlı İmperiyasında olan Dəməşqdə tamamlamışdır. Fransızca, almancalatınca öyrənmişdir. Tibb təhsilini Gülhanə Hərbi Tibb Akademiyasında almışdır. O dövrlərdə Osmanlı Dövlətində mülki tibb təhsili almaq mümkün olmadığından, ali təhsilini hərbi yolla davam etdirmişdir. 1910-cu ildəki buraxılışından sonra dörd il ərzində dermotologiya və cinsi yolla bulaşan xəstəliklərdə xüsusi araşdırmalar aparmışdır.

I Dünya Müharibəsi (1914–1918) zamanı Ədirnədəki hərbi xəstəxanada dermatolojizöhrəvi xəstəliklər mütəxəssisi kimi çalışıb. Müharibədən sonra (1918–1919 arası) tibbi biliyini inkişaf etdirmək məqsədilə əvvəl Budapeştə sonra da Berlinə getmişdir və burada bir çox məşhur həmkarı ilə tanışlıq imkanı tapmışdır.

Türkiyəyə qayıtdıqdan sonra sərbəst işləməyə başlayıb; Əvvəl Hasköy Cinsi Xəstəlikləri Xəstəxanasında (Haliç) baş həkim olmuş, sonra Vaqif Qureba Xəstəxanasına keçmişdir. O dövrdə İstanbul Tibb Fakültəsinin bir hissəsi olan xəstəxanada professor da olmuşdur.

1923-cü ildə, məşhur bir diplomatın qızı olan Rəfiqə Davaz ilə evlənmişdir. Evlilikdən bir qızları olmuşdur.

1933-cü ildə qədim Darül Funundan İstanbul Universiteti yeni qurulmuşdu. Bu islahat dövründə İstanbul Universitetinin Dəri Xəstəlikləri və Sifilis Klinikasını qurmuş və professor seçilmişdir. Xülusi Bəhçət, Türk akademiyasında professor adını alan ilk şəxsdir. Peşənin ilk illərindən bəri dermatologiya məsələsində məhsuldar bir elm insanı olaraq, bir çox milli və beynəlxalq konqresə orijinal məqalələrlə iştirak etmiş və bir çox elmi jurnalda məqaləsi dərc olunmuşdur.[2]

Bəhçət, yeni nəsillərin təhsilinə yardım etmək üçün çox sayda məqaləni Türkcəyə çevirmişdir və Koreya kimi uzaq ölkələrlə əlaqə qurmaq üçün beynəlxalq yığmalarda orijinal fakt göstərişlər dərc etmişdir.

O, eyni zamanda Türk tibbinin inkişafında nəşriyyatda da lider idi və 1924-cü ildə Türkiyədəki "Turkish Archives of Dermatology and Syphilology" adlı ilk dermato-veneroloji jurnalını yaymışdır.[3]

  1. 1 2 3 4 Hulusi Behçet // Who Named It? (ing.).
  2. "The value of the 'Tin-Tack' sign of Hulusi Behçet in the clinical diagnosis of cutaneous leishmaniasis [TURKDERM]". Türkdem Journal. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2019.
  3. "Türk Tıpında önemli şahıslardan biri". Türkiye Klinikleri. 26 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2019.