Məhəmmədhəsən bəy Vəliyev-Baharlı

Məhəmmədhəsən bəy Vəliyev-Baharlı (tam adı: Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəliyev; 1896, Şuşa24 iyun 1937, Bakı) — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı.

Məhəmmədhəsən bəy Vəliyev-Baharlı
Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1896
Doğum yeri
Vəfat tarixi 24 iyun 1937(1937-06-24)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Təhsili
Fəaliyyəti alim
Atası Nəcəfqulu bəy Şeyda

Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyev universitetinin iqtisadi-coğrafiya fakültəsində davam etdirmiş və 1915-ci ildə oranı bitirmişdir.

Baharlı Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis edilmiş Bakı Dövlət Universitetində dərs demiş, həmin dövrdə, 1919-cu ilin sentyabrın 30-unda yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovet dövründə isə əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Plan Komitəsində davam etdirmişdir.

O, 1923–1929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin üzvü olmuş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M. Baharlı 1926-cı ildə Solovki əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs edilmişdi.

M. Vəliyev (Baharlı) 27 iyul 1937-ci ildə güllələnmişdir.[1][2]

  • Atası Nəcəfqulu bəy Şeyda — azərbaycanlı şair.
  • Anası İmarət xanım Vəliyeva (Məlikova)Həsən bəy Zərdabinin bacısı Şirinxanım Məlikovanın qızı.
  • Bacısı Səltənət xanım Həsənova-VəliyevaAzərbaycan pedaqoqu. Səltənət xanım Həsənova-Vəliyeva 4 fevral 1893-cü ildə anadan olmuşdur. O, 1901–1905 illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir.[3] Səltənət xanım Həsənova-Vəliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[3] Səltənət xanım Həsənova-Vəliyeva Bakı milyonçusu Mir Əbdüləhəd Seyid Qəhrəman oğlu Seyidhəsənzadə ilə 1917-ci ildə ailə həyatı qurmuşdur. Səltənət xanım Həsənova-Vəliyeva 1976-cı ildə, 83 yaşında Bakıda vəfat etmişdir.[3]
  • Bacısı Züleyxa xanım Nəcəfqulu bəy qızı VəliyevaTağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biri, Züleyxa xanım Vəliyeva 22 fevral 1890-cı ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Şuşalıdır. O, 1901–1905-ci illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir[3]. Züleyxa xanım Vəliyeva qısa ömür yaşamışdır. O, toyu ərəfəsində, 1908-ci ildə, 18 yaşında vəfat etmişdir[3].

Məhəmməd Həsən Vəliyevin(Baharlının) əsəri "Azərbaycan" adlı olmuşdur. Lakin bu əsərin uzun illər istifadə edilməsi yasaq olunmuşdur.

  • Ənvər Çingizoğlu, Baharlı oymağı,"Soy" dərgisi, 6(14) Bakı, 2008, səh. 22–79
  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
  • Zakir Məmmədov (Baharlı), Orxan Zakiroğlu (Baharlı). Məhəmmədhəsən bəy Vəliyev (Baharlı) (soykökü, həyatı, yaradıcılığı). Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar. I kitab. Bakı, 2013
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar (Ensiklopedik məlumat kitabı). II kitab. Bakı, 2013
  • Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014.
  1. Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
  2. Zakiroğlu (Baharlı), Orxan. "Məhəmmədhəsən Vəlili (Baharlı)". azerbaycanli.org. 2009. 2016-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-03.
  3. 1 2 3 4 5 Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)