Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Xəzər Televiziyası — 5 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri.
Xəzər TV | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 peyklərinin əhatə dairələri |
Dil | Azərbaycan dili |
Baş qərargah | Süleyman Əhmədov küç. 2, Bakı, Azərbaycan |
Yaranma tarixi | 5 oktyabr 2007 (20:00) |
Sahibi | SOCAR Media |
Rəhbərlik | Murad Dadaşov (2020-ci ildən)[1] |
Şüar | Sevgi əsasdır! |
Qardaş kanallar |
Xəzər FM Araz FM 103.3 CBCHD CBC SportHD |
Sayt | xezertv.az |
Vikianbarda əlaqəli mediafayllar |
Xəzər TV 5 oktyabr 2007-ci ildə "Ailənizin Xəzəri" sloqanı ilə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdə telekanalın prioriteti xəbər yayımı olmuşdur. Yayım həyatına "Xəbərlər" proqramı ilə başlayıb. 2009-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında 2000 m²-ə yaxın ərazini əhatə edən studiyaların təmir-tikinti işinə start verdi. 2010-cu ilin avqust ayında hazırkı binanın tikintisinə başlandı. İlk studiya verilişi "Xəzərin sahilində" adı ilə efirə çıxıb.
2010-2011-ci illərdə Azərbaycanda ilk dəfə sitkom janrını tamaşaçı ilə tanış edərək "Aramızda qalsın" və "Qayınana" seriallarını efirə təqdim etdi.[mənbə göstərin]
2016-ci ildə Zaqafqaziyada ərazisinə görə ən böyük telekanal binası olan inzibati binaya köçdü.[mənbə göstərin] 1,2 hektar ərazidə, 6750 m²-lik tikinti hissəsində, 25.000 m² bağlı sahədə tikilən yeni inzibati bina 10 mərtəbədən ibarətdir. Binada 2500 m²-lik 5 çəkiliş studiyası, 1000 m²-lik böyük şou studiyası, 250 m²-lik 3, 500 m²-lik 1, 250 m²-lik 1 studiya, bu studiyaları idarə edən 3 efir studiyası var.
2016-cı ildə "AGB" reytinq hesablama şirkətinin rəyinə əsasən reytinqlərdə birincilik əldə etdi.[mənbə göstərin] 2017-ci il sentyabrın 18-də "Xəzər TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.
5 mart 2020-ci il tarixindən Murad Dadaşov "Xəzər TV" MMC-nin baş direktoru təyin olunub. 28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib. Azərbaycan Mediasında ilk 1 milyon abunəçi sayı olan kanal da məhz Xəzər TV-nin "Xəzər Media" kanalı oldu.[mənbə göstərin]
7 may 2020-ci ildə "Qəlb oğrusu" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulmuşdur. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 13 may 2020-ci il tarixli 7/2 nömrəli qərarı ilə Xəzər TV-nin yayımı 18 may 2020-ci ildə saat 08:00-dən 09:00-dək 1 saatlıq dayandırılıb. Telekanal saat 09:00-da fəaliyyətini bərpa edib.
5 avqust 2020-ci ildə saat 18:00-19:00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 14 avqust 2020-ci il tarixli 11/2 nömrəli qərarı ilə Xəzər TV-nin yayımı 24 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.[mənbə göstərin]