Xallı sünbülqıran

Xallı sünbülqıran və ya xallı torpaq dələsi (Spermophilus suslicus) — Şərqi Avropada yaşayan sincablar ailəsindən gəmirici növüdür. Yaşayış yerini itirməklə təhdid olunur.

Xallı sünbülqıran
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təsviri[redaktə | mənbəni redaktə et]

Xallı sünbülqıran, kürəyində ağ ləkələri və qısa, nazik bir quyruğu olan tünd-qəhvəyi xəzli sünbülqıran növüdür. Ölçüləri 25 santimetrə, çəkisi isə 280 qrama qədər olur. Diş formulu 1.0.2.3 1.0.1.3-dür. Sünbülqıran cinsinin bir çox digər növlərindən daha kiçik və daha az sosialdır.[3]

Yaşayışı[redaktə | mənbəni redaktə et]

Belarus, Moldova, Polşa, Avropa Rusiyası və Ukraynada rast gəlinir. Təbii yaşayış yeri mülayim çöllər və becərilən yerlərdir. Yaşayış yerinin itirilməsi və parçalanması ilə təhdid olunur. Yaşayış sahələrinin itirilməsinə səbəb kənd təsərrüfatının və meşə təsərrüfatının genişlənməsi, otlaq sahələrinin azalması, şəhərlərin inkişafı və böyüməsi və sənaye inkişafıdır. Ayrıca bəzi ərazilərdə kəndli ziyanvericisi olaraq ovlanılır.[4][5]

Polşada və Rusiyanın cənubunda yaşayış arealı ciddi dərəcədə azalıb. XX əsrin ortalarında ərazisinin yalnız 10%-i mövcud idi. Mövcud vəziyyət ilə, xallı sünbülqıran yaxın onilliklər ərzində Polşada rast gəlinməyəcəkdir.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Xallı sünbülqıran, oktyabrdan aprelə qədər qış yuxusunda olan bir gündüz növüdür. Səhərlər günəş bölgəni bir qədər istiləşdirdikdən sonra aktivləşit. Günün istisi zamanı yeraltı çuxuruna geri çəkilir, sonra günortadan sonra başqa bir qidalanma üçün yenidən çölə çıxır. Qidasına kiçik onurğalılar və buğumayaqlılar da daxil olsa da, əsasən otlar və dənli bitkilərlə qidalanır.[6]

Digər sünbülqıran növləri ilə müqayisədə, aktiv mövsümlərində görmə qabiliyyətini əngəlləyən yüksək otlarla əhatəli, qapalı şəraitdə yaşayır.[3] Fərdlər daha böyük bir koloniya daxilində ayrı-ayrı yuvalarda yaşayırlar.[7] Bu koloniyada fərd sayı hər hektarda 160-a qədər ola bilər. Aprel-May ayları arasında cütləşirlər. Gestasiya dövrü 23-26 gün arasında dəyişir. Bir doğum üçün ortalama bala sayı dörd-səkkizdir.[7]

Həyəcan siqnalı[redaktə | mənbəni redaktə et]

Xallı sünbülqıranlar müxtəlif məqsədlər üçün həyəcan siqnallarından istifadə edirlər.[3] Bu cür siqnallar əsasən digər fərdləri yırtıcılardan xəbərdar etmək üçün istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Richard W. Thorington Jr., Koprowski J. L., Steele M. A. Squirrels of the World. Baltimor: Johns Hopkins University Press, 2012. S. 311–313. ISBN 978-1-4214-0469-1
  3. 1 2 3 Matrosova, Vera A., Daniel T. Blumstein, Ilya A. Volodin, Elena V. Volodina. "The potential to encode sex, age, and individual identity in the alarm calls of three species of Marmotinae." Naturwissenschaften (2011). 98:181-192. doi:
  4. Zagorodnyuk, I.; Glowacinski, Z. & Gondek, A. (2008). "Spermophilus suslicus" Arxivləşdirilib 2020-09-22 at the Wayback Machine. IUCN Red List of Threatened Species. 2008: e.T20492A9208074. doi:10.2305/IUCN.UK.2008.RLTS.T20492A9208074.en.
  5. Shilova, S. A.; Neronov, V. V.; Shekarova, O. N.; Savinetskaya, L. E. "Dynamics of colonies of the speckled ground squirrel ( Spermophilus suslicus Guld., 1770) on the northern boundary of the habitat". Biology Bulletin. 37 (5). 2010: 532–536. doi:10.1134/S1062359010050134.
  6. Edelman, Andrew, redaktorSpermophilus suslicus // Encyclopedia of Life. 2011.
  7. 1 2 MacDonald, David; Priscilla Barret. Mammals of Britain & Europe. 1. London: HarperCollins. 1993. səh. 230. ISBN 0-00-219779-0.