Sünbülqıran


Sünbülqıran (lat. Citellus, yaxud Spermophilus) — sincablar fəsiləsindən gəmiriçi heyvan cinsi. Bədəninin uzunluğu 20—40 sm, quyruğu, adətən bədəninin yarısının uzunluğundan qısa olur. Açıq-qum rəngində, tünd-qonurumtul-boz rəngdədir. Üst tərəfdən xallı, yaxud xırda ləkəli və tünd zolaqlıdır. Şimal yarımkürəsinin düzənlik, tundra və dağların açıq landşaftında məskən salır. Dünyada 20 növü var. Gündüz həyatı keçirir. Qış yuxusuna gedir. Əsasən, koloniyalarla yaşayır. Təhlükə hiss etdikdə dayanır və özünə xas olan fitəbənzər səslər çıxarır. Bitki ilə qidalanır; toxum ehtiyatı toplayır. İldə 1 dəfə çoxalır; 5—8 bala doğur. Sünbülqıranlar taxılların təhlükəli zərərveriçisidir; bir sıra xəstəliklərin təbii daşıyıcısıdır. İri növləri xəz sənayesi obyektidir. Qazıntı qalıqları Miosendən məlumdur.

Sünbülqıran
Elmi təsnifat
Beynəlxalq elmi adı


  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Richard W. Thorington Jr., Koprowski J. L., Steele M. A. Squirrels of the World. Baltimor: Johns Hopkins University Press, 2012. S. 300. ISBN 978-1-4214-0469-1