Xalqı Maarifləndirmə və Təbliğat Nazirliyi

Xalqı Maarifləndirmə və Təbliğat Nazirliyi və ya Təbliğat Nazirliyi (Almanca: Reichsministerium für Volksaufklärung und Propaganda və ya Propagandaministerium), Nasist Almaniyasında nasional sosialist ideologiyaya görə hərəkət etmiş nazirlik olmuşdur. Yarandığı gündən bağlandığı günə kimi nazirliyi Joseph Goebbels idarə etmişdir.

Xalqı Maarifləndirmə və Təbliğat Nazirliyi
  • Reichsministerium für Volksaufklärung und Propaganda
(RVP)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Adolf Hitler (Führer)
Yaradılma tarixi 13 mart 1933
Ləğv edilib 1945
İllik büdcəsi 187 milyon ℛℳ (1941)
Ünvan Ordenspalais
Wilhelmplatz 8/9, Berlin-Mitte
Rəhbərlik
Nazir Joseph Goebbels, Werner Naumann (1945)

Tabeliyində olan orqan Reichskulturkammer, Reichsfilmkammer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coşqulu və enerjili xalqa müraciət etmək qabiliyyəti, sərt antisemit dünyagörüşü və kütləvi təbliğatın Büyük Yalan olaraq tanınmış texnikasından məharətlə istifadə etməsi Joseph Goebbelsi Təbliğat Nazirliyi üçün ən yaxşı namizəd olaraq göstərirdi. Goebbels etdiyi odlu-alovlu çıxışları ilə xalqı Adolf Hitlerin yoluna dəvət etdi. Tək Xalq, tək İmperatorluq, tək Lider şüarı xalqın şüuruna bu nazirlik vasitəsilə illər boyu yürüdüldü.

Müharibənin Son Günləri

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya müharibəsi dövründə Goebbels rəhbərliyindəki qrup alman xalqını genişmiqyaslı hərbi toqquşmalara hazırlamaq üçün əlindən gələn hər bir şeyi etmişdir. Müharibənin son illərində elan edilmiş olan kütləvi müharibə layihəsinin də memarı bu nazirlik olmuşdur.

Fürer Adolf Hitlerin intiharından sonra Üçüncü Reyx Kansleri vəzifəsini aldıqdan sonra nazirlik avtomatik olaraq bağlanmışdır.