Xalqın aktrisası. Nəcibə Məlikova — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.
Xalqın aktrisası. Nəcibə Məlikova | |
---|---|
Janr | sənədli film |
Rejissor | Sənan Sultanov |
Ssenari müəllifi | Sevda Ağazadə |
Baş rollarda |
Mahir Mirişov Püstəxanım Zeynalova Fidan Orucova Ellada Əliyeva Məryəm Səfərova |
Operator | Elşən Bədəlov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 1 iyun 2015, Mədəniyyət TV |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 33 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2015 |
Rəng | rəngli |
Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın xatirəsinə həsr olunur.
Filmdə "Fətəli xan", "Bakının işıqları", "Ögey ana", "Aygün", "Leyli və Məcnun", "Əhməd haradadır?", "Arşın mal alan", "Qanun naminə", "Üzeyir ömrü" bədii filmlərinin, "Yollar görüşəndə...", "Topal Teymur" televiziya tamaşalarının, eləcə də "Büllür sarayda", "Vəziri — xani Lənkəran" teatr tamaşalarının kadrlarından istifadə edilmişdir.