Xanbaba Məhəmmədbəyov

Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü

Qazı Əhməd bəy Məhəmmədbəyov
və ya Xanbaba bəy Məhəmmədbəyov
azərb. Qazı Əhməd bəy Məhəmmədbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1889
Doğum yeri
Vəfat tarixi 1937
Partiya
Təhsili
Qazı Əhməd bəy tələbəlik illərində

Novorossiya İmperator Universitetində hüquq təhsil alıb.[1]

1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir.

Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin]

Zaqafqaziya Seymi Müsəlman fraksiyasınınAzərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub.

Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir.

Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur.

1920-ci ildə məhkəmədə hakim kimi işləyib.

İki adı olmuşdur: XanbabaQazı Əhməd

Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.

Bəzən Qazı Əhməd bəyin adında "bəy" titulu istifadə olunmaya bilər, həmçinin adı və soyadı müxtəlif cür yazıla bilər : "Qazıəhməd", "Xanbaba", "Canbaba", "Babaxan", "Qazı Əhməd", "Məmmədov"; "Məmmədbəyov" və ya "Məhəmmədbəyov".

  1. "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.