II Yusifbəyli hökuməti

II Yusifbəyli hökuməti və ya Beşinci hökumət kabinetiAzərbaycan Xalq Cümhuriyyətinin sayca 5-ci, Nəsib bəy Yusifbəyli başçılığında təşkil olunan, müsavatçılar, ittihadçılar, müstəqillər, bitərəflər, əharçılar və hümmətçilərdən ibarət koalisiya hökuməti.[1][2]

II Yusifbəyli hökuməti

Formalaşdırılma tarixi 22 dekabr 1919
Buraxılma tarixi Mart 1920
Hökumətin tərkibi
Hökumət başçısı Nəsib bəy Yusifbəyli
Nazir sayı 13
Hakim partiya Müsavat Partiyası
Digər məlumatlar
Müxalif partiya İttihad Partiyası[a]
Müxalifət lider Qara bəy Qarabəyov[a]

22 dekabr 1919-cu ildə kabinetdaxili münaqişələrə görə IV hökumət kabineti istefa verdi.

1919-cu il dekabrın 24-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi.[3]

Vəzifəsi Adı Başlama tarixi Bitmə tarixi Fraksiya (Partiya)
Nazirlər Şurasının sədri

Nəsib bəy Yusifbəyli
24 dekabr 1919
30 mart 1920
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Daxili İşlər naziri

Məmmədhəsən Hacınski
24 dekabr 1919
18 fevral 1920
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası

Mustafa bəy Vəkilov
18 fevral 1920
30 mart 1920
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Dövlət nəzarəti naziri

Heybətqulu Məmmədbəyov
24 dekabr 1919
30 mart 1920
İttihad fraksiyası
Ədliyyə naziri

Xəlil bəy Xasməmmədov
24 dekabr 1919
30 mart 1920
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Əkinçilik və dövlət əmlakı naziri

Əhməd bəy Pepinov
24 dekabr 1919
23 mart 1920[b]
Sosialistlər fraksiyası
Hümmət Partiyası
Əmək naziri

Əhməd bəy Pepinov
24 dekabr 1919
23 mart 1920[c]
Sosialistlər fraksiyası
Hümmət Partiyası
Hərbi nazir

Səməd bəy Mehmandarov
24 dekabr 1919
30 mart 1920
Fraksiyasız
Xarici işlər naziri

Fətəli xan Xoyski
24 dekabr 1919
30 mart 1920
Müsavat və bitərəflər fraksiyası
Bitərəf
İctimai təminat naziri

Musa bəy Rəfiyev
24 dekabr 1919
30 mart 1920
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Maarif və dini etiqad naziri

Həmid bəy Şahtaxtinski
24 dekabr 1919
5 mart 1920[d]
İttihad fraksiyası

Nurməmməd bəy Şahsuvarov
5 mart 1920
30 mart 1920[e]
İttihad fraksiyası
Maliyyə naziri

Rəşid xan Qaplanov
24 dekabr 1919
15 aprel 1920[f]
Əhrar fraksiyası
Poçt-teleqraf naziri

Camo bəy Hacınski
24 dekabr 1919
9 aprel 1920[g]
Sosialistlər fraksiyası
Xalqçı Partiyası
Səhiyyə naziri

Musa bəy Rəfiyev
24 dekabr 1919
30 mart 1920
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Ticarət,sənaye və ərzaq naziri

Xudadat bəy Məlik-Aslanov
24 dekabr 1919
18 fevral 1920
Fraksiyasız

Məmmədhəsən Hacınski
18 fevral 1920
30 mart 1920
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Yollar naziri

Xudadat bəy Məlik-Aslanov
24 dekabr 1919
30 mart 1920
Fraksiyasız

[3]

Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransındakı gərgin əməyi sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu dövrdə həmçinin Bakı Dövlət Universiteti açıldı. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərildi. Torpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920-ci ilin fevralında ümumxalq müzakirəsinə verildi. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar açıldı, ibtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanıldı.

1920-ci ilin əvvəllərində Şimali QafqazDağıstanda Denikin qüvvələrini məğlub edən Qırmızı Ordu Azərbaycan sərhədlərinə yaxınlaşaraq Sovet Rusiyasının çoxdan ələ keçirmək arzusunda olduğu Bakını təhlükə altına aldı. Diplomatik əlaqələr yaratmaq haqqında Azərbaycan Hökumətinin bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlayırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyəti dövründə yol verdiyi səhvlərin (aqrar məsələnin həll olunmaması, bir sıra sosial problemlərin həllinin ləngidilməsi və s.) xalqın müxtəlif təbəqələri arasında yaratdığı narazılıqdan istifadə edən bolşeviklər vəziyyəti daha da gərginləşdirdilər.[3]

1920-ci il martın sonunda Sovet Rusiyası tərəfindən xarici təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Nəsib bəy Yusifbəyli hökuməti istefa verməli oldu. Yeni hökumətin təşkili Məmmədhəsən Hacınskiyə tapşırıldı. Onun parlamentdəki fraksiyalarla apardığı danışıqlar müsbət nəticə vermədi. Xüsusilə Müsavat və bitərəflər fraksiyası ilə Sosialistlər fraksiyası arasında kəskin fikir ayrılığı yaranmışdı. Sosialistlər yeni hökumətdə əsas nazirliklərin — hərbi, xarici və daxili işlər nazirlərinin portfellərini tələb edirdilər. Bir tərəfdən Müsavat Partiyası bolşeviklərlə gizli əlaqəyə girən Məmmədhəsən Hacınskinin yeni hökumət kabinəsi yaratmaq üçün sərbəst hərəkət etməsinə imkan vermir, digər tərəfdən isə Hacınski özü də yeni hökumət kabinəsini yaratmağa tələsmir, gözləmə mövqeyi tuturdu.[1]

Yaranmış əlverişli şəraitdən istifadə edən Sovet Rusiyasının XI Qırmızı Ordusu beynəlxalq hüquq normalarını kobudcasına pozaraq və qabaqcadan hazırlanmış hərbi müdaxilə planına uyğun olaraq 1920-ci il aprelin 27-də Azərbaycanın sərhədlərini keçərək, Bakıya doğru hərəkət etdi. Aprelin 27-də gündüz saat 12-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan Hökumətinə və Parlamentinə hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə Həmid Sultanov tərəfindən ultimatum təqdim olundu. Elə həmin günün axşamı yaranmış şəraiti və bolşeviklərin ultimatumunu müzakirə edən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin son iclası dinc əhali arasında qan tökülməməsi üçün hakimiyyəti bolşeviklərə təhvil vermək haqqında axşam saat 11-də qərar qəbul etdi. Hakimiyyəti təslim edərkən Azərbaycan Parlamentinin əsas tələblərindən biri keçmiş hökumət üzvlərinin təqib olunmayacağı idi. Lakin bolşeviklər hakimiyyəti ələ keçirdikləri ilk gündən keçmiş hökumət üzvlərinin həbsinə və repressiyaya başladılar. Sovet qoşunlarının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk gündən onun süqutu gününə qədər fasiləsiz fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinə son qoyuldu.[4]

  1. 1 2 Partiya hökumətdə iştirak etsə də, müxalif mövqeyini qoruyurdu.
  2. Partiya qərarına əsasən istefa verdi.
  3. Partiya qərarına əsasən istefa verdi.
  4. İstefa verdi.
  5. İttihad Partiyası hökumətdən çəkildi.
  6. Əhrar fraksiyası rəhbəri Aslan bəy Qardaşov Əhrarın koalisiyadan ayrıldığını və nümayəndəsinin geri çağırdığını elan etdi.
  7. Partiya qərarına əsasən istefa verdi.
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. 440. ISBN 9952-417-14-2.
  1. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998
  2. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001
  3. 1 2 3 Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 год, Б., 1920
  4. Aзepбaйджанская Демократическая Pecnублика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998.