Südabə Cəmşid qızı Həsənova (5 fevral 1947, Yengicə, Noraşen rayonu) — Azərbaycan hüquqşünası və dövlət xadimi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2017). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2005–2021), Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2000–2005), Azərbaycan Respublikasının ədliyyə naziri (1998–2000), ədliyyə nazirinin birinci müavini (1987–1992, 1993–1998) vəzifələrində çalışmışdır.
Südabə Həsənova | |
---|---|
23 dekabr 2005 – 1 fevral 2021 | |
18 aprel 2000 – 19 aprel 2005 | |
Əvvəlki | Xanlar Hacıyev |
Sonrakı | Ramiz Rzayev |
10 yanvar 1998 – 18 aprel 2000 | |
Əvvəlki | İlyas İsmayılov |
Sonrakı | Fikrət Məmmədov |
2 noyabr 1993 – 10 yanvar 1998 | |
Nazir | İlyas İsmayılov |
Əvvəlki | Aydın Kərimov |
5 fevral 1991 – 29 iyul 1992 | |
Nazir | Əlisaab Orucov İlyas İsmayılov |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Aydın Kərimov |
1987 – 5 fevral 1991 | |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 fevral 1947 (77 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | hakim, siyasətçi, vəkil |
Rütbəsi |
II dərəcəli dövlət ədliyyə müşaviri |
|
|
Təltifləri |
|
Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1971–1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləmişdir. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir.
1979-cu ildə S. Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmişdir. 1980-ci ilin 27 martında S. Həsənova Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmiş, Ali Məhkəmənin intizam kollegiyasının sədri təsdiq edilmişdir. 1980-ci ilin noyabrında Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmiş və 1987-ci ilədək orada işləmişdir.
S. Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunmuşdur. 1990-cı ildə qiyabi olaraq Bakı Ali Partiya Məktəbini bitirmişdir.
1995–1998-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini icra etmişdir.
1998-ci il 10 yanvar tarixdə Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilmişdir. 1998-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının sədri olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan Dövlət komissiyasının və onun işçi qrupunun , hüquq islahat komissiyasının, əfv, təhsil, səhiyyə, korrupsiyaya qarşı mübarizə və digər dövlət komissiyalarının üzvü olmuşdur. Ədliyyə Nazirliyinə rəhbərlik etdiyi dövrdə "Qanunçuluq" jurnalının və "Normativ hüquqi aktlar" bülleteninin baş redaktoru olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi bülleteninin baş redaktoru olmuşdur. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib Ali Məhkəmənin hakimi saxlanılmışdır.[1]
Südabə Həsənova 1 fevral 2021-ci ildə 74 yaşında son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Azərbaycan Respublikası Milli Məclisinin 23 dekabr 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə ona 1995-ci ildə III dərəcə, 1998-ci ildə isə II dərəcəli Dövlət ədliyyə müşaviri rütbələri verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2007-ci il tarixli sərəncamı ilə ədliyyə və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
3 fevral 2017-ci ildə "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir.[2]