Xanoba (əvvəlki adı: Zeyxuroba) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Yalama kənd inzibati ərazi dairəsi tərkibindəki Zeyxuroba kəndi Xanoba kəndi adlandırılmışdır.[1]
Xanoba | |
---|---|
41°46′46″ şm. e. 48°33′43″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əzəldən kəndin adı Xanoba olub. 1990-cı illərdə kəndin adı dəyişdirilib Zeyxuroba qoyulmuşdur. Kənd sakinlərinin müraciərini nəzərə alaraq 2004-cü ildə kəndə Xanoba adı qaytarılmışdır.
5 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılmışdır[2].
Xaçmaz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |