Hokkey[1] yaxud xokkey[a] (ing. hockey) — buz, tartan, plastik, taxta və ya ot səthində oynanılan komanda oyunu. Oyunda iki komanda iştirak edir. Hokkey top (ot və süni örtük), şayba (buzlu hokkey) ilə çubuqlardan istifadə edilərək oynanılır. Oyun zamanı hər komandada öz komandasının qapısını qoruyan bir qapıçı (bəzən iki qapıçı, ikincisi əvəzedicidir) və bir neçə meydan oyunçusu olur. İki növ hokkey var: buz hokkeyi və otüstü.
Hokkey | |
---|---|
Ümumi məlumatlar | |
İcraçı qurum | Dünya Hokkey Federasiyası |
İlk oyun | 1773 ; İngiltərə, London |
Xüsusiyyətləri | |
Tipi | komanda |
Cinsiyyətə görə | kişi, qadın. |
Oyunçu sayı |
|
Törəmələri | buzüstü hokkey, otüstü hokkey və s. |
Beynəlxalq arenada | |
Olimpiya oyunları | daxildir |
Vikianbarda əlaqəli mediafayllar |
Dünyanın əksər ölkələrində "hokkey" termini dəqiqləşdirilmədən otüstü hokkeyə aiddir. Halbuki Rusiya, İsveçrə, Kanada, İsveç, ABŞ-da, Şərqi və Şimali Avropanın əksər ölkələrində bu termin adətən buz hokkeyinə aiddir.[2]
Azərbaycanda otüstü hokkey daha populyardır. Otüstü hokkey Azərbaycanda 1960-cı illərin sonlarında inkişaf etməyə başlayıb. 1970-ci ildən başlayaraq Azərbaycan komandaları kişilər arasında ilk SSRİ otüstü hokkey çempionatında iştirak edir. 1979-cu ildən SSRİ qadın otüstü hokkey çempionatında Azərbaycanı qadınlardan ibarət komanda təmsil edib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra otüstü hokkey respublikanın ən uğurlu komanda idman növlərindən biri olaraq qalıb.[3]
Əyri çubuqlar və toplar olan oyunlara bir çox mədəniyyətlərin tarixində rast gəlmək olar. Qədim Misirdə çubuqlar və top olan komandaları təsvir edən 4000 illik oyma aşkar edilib. İrlandiyada oynanılan hörlingin tarixi eramızdan əvvəl 1272-ci ilə aiddir. Təxminən eramızdan əvvəl 600-cü ildə buynuzla və ya buynuza bənzər çubuqla, keras (κρρας) ilə oynanıldığı üçün keretizein (κερητεειν) adlandırılan oyun Qədim Yunanıstan təsvirində əks olunub.[4] Daxili Monqolustanda dahurlar təxminən 1000 ildir ki, müasir otüstü hokkeyə bənzəyən beikou oyunu oynayırlar.[5]
Orta əsrlərdə hokkey oyunlarına dair məlumatların əksəriyyəti idman və oyunlarla bağlı qanunvericilikdə tapıla bilər. 1527-ci ildə İrlandiyada qəbul edilmiş "Qoluey Nizamnaməsi", top oyunlarının müəyyən növlərini, o cümlədən "qanyak" ("hookie" kimi yazılır) çubuqlardan istifadə edən oyunları qadağan edirdi.[6]. XIX əsrə qədər tarixi oyunların müxtəlif forma və növləri fərqlənməyə və ayrı-ayrı idman növlərinə birləşməyə başladı. Qaydaları və oyun vəziyyətlərini, habelə daxili və beynəlxalq rəqabəti idarə etmək üçün milli və beynəlxalq qurumları birləşdirmək üçün təşkilatlar formalaşmağa başladı.
"Hokkey" sözünün mənşəyi məlum deyil. "Hokkey" sözünün ilk qeyd edilmiş istifadəsi 1773-cü ildə Riçard Consonun (təxəllüsü Usta Mişel Ancelo) "Gənclərin İdman və əyləncəsinə daxil olan müəllifin xatirələri, gənclərin tərbiyəsi" (Juvenile Sports and Pastimes, to Which Are Prefixed, Memoirs of the Author: Including a New Mode of Infant Education) adlı kitabında XI fəsil "Hokkey oyununda yeni təkmilləşdirmələr" (New Improvements on the Game of Hockey) adlanırdı.
Britaniya mənbələri "hockey" termininin mənşəyini "howki" və ya "hoki" sözü ilə əlaqələndirirlər. Orta əsrlərin əvvəllərində İngiltərənin bir sıra qraflığında məhsul bayramları məhz belə adlanırdı. Bu bayramlarda əyri çubuqlarla topu düşmən zonasına ötürmək məqsədilə oyun keçirilirdi. Maraqlıdır ki, indi də ABŞ-ın cənub ştatlarında fəhlələr hokkidən — torpağı becərmək üçün çapan kimi alətdən istifadə edirlər.[7]
Başqa bir versiyaya görə, "hokkey" sözü hindu tayfası olan mohok dilindən götürülmüşdür. Onlar ot üzərində oxşar oyunu oynayırdılar. Bu, "ağrıyan" mənasını verən "hogyi" adlanırdı. Fakt budur ki, oyundan sonra uduzanlar cəzalandırılırdı. Üçüncü versiya "hokkey" sözünün mənşəyini qədim fransızca "hoke" ("hoquet") ilə əlaqələndirirlər, bu da əyri çoban çomağı deməkdir.[7]
Hokkeyin növlərindən otüstü hokkey Azərbaycanda daha populyardır. Azərbaycanda otüstü hokkey 1960-cı illərin sonlarında inkişaf etməyə başlayıb. 1970-ci ildən başlayaraq Azərbaycan komandaları kişilər arasında ilk SSRİ otüstü hokkey çempionatında iştirak edir. 1979-cu ildən SSRİ qadın otüstü hokkey çempionatında Azərbaycanı qadınlardan ibarət komanda təmsil edib.[3]
Azərbaycan müstəqillik əldə etdikdən sonra otüstü hokkey respublikanın ən uğurlu komanda idman növlərindən biri olaraq qalıb.[3]
2005-ci ildə Azərbaycanın kişilərdən ibarət komandası Avropa çempionatının dördüncü divizionunun gümüş medalını, 2011-ci ildə isə üçüncü divizionu qazanıb. Qadınlardan ibarət komanda daha uğurlu çıxış seriyasına malikdir. Belə ki, onlar 2005-ci ildə Avropa çempionatının ikinci divizionunu qazandıb. Ən yüksək nailiyyəti 2007-ci ildə Avropa çempionatında 5-ci yer olub. 2009-cu ildə azərbaycanlı hokkeyçilər altıncı yerdə qərarlaşıb. 2013-cü ildə ikinci divizionda bürünc medal qazanıblar.
Azərbaycannın qadınlardan ibarət komandası Yay Olimpiya Oyunlarına bir neçə dəfə çıxmağa yaxın olub. 2008-ci ildə qadınlar arasında lisenziyalı olimpiya turniri Bakıda keçirilib.[12]
2015-ci ildə Azərbaycan Otüstü hokkey Federasiyası ciddi maliyyə problemləri ilə üzləşir və bu isə beynəlxalq turnirlərdə iştirakdan məhrum edilməyə, cərimələrə səbəb olub.[13] 12 noyabr 2016-cı ildə federasiya Beynəlxalq Otüstü Hokkey Federasiyasından müvəqqəti olaraq xaric edilib.[14] Bu Azərbaycanda otüstü hokkeyinin məhvinə səbəb olub.[3]
2018-ci ilə kimi respublikanın paytaxtı Binəqədi rayonundakı 8 nömrəli Olimpiya Ehtiyatları İdman Məktəbində işləyən otüstü hokkeyinin son bölməsi bağlanıb. Təcrübəli azsaylı azərbaycanlı məşqçilərdən biri də vaxtaşırı Belçikada təlimlər keçirən Ceyhun Mirzəyevdir. Qalan mütəxəssislər və oyunçular peşələrini dəyişməyə məcbur olublar.[3]
hokkey