Xoruz döyüşü

Xoruz döyüşü, "Məzəli" jurnalı (№ 15, 11 aprel 1915-ci il). Rəssam: Əzim Əzimzadə
İndoneziyada xoruz döyüşü, Bali, 1971-ci il
Hindistanda, Tamil Naduda xoruz döyüşü

Xoruz döyüşü — bir çox ölkələrdə keçirilən əyləncə növlərindən biridir[1].

Adət-ənənəyə görə, hər il Novruz bayramında xoruz döyüşü təşkil edilir[2].

Xoruz döyüşü üçün qabaqcadan xüsusi döyüşçü xoruzlar yetişdirilir[1]. Bundan ötrü əsasən "Heyratı", "Daş pipik", "Badam pipik", "Yaponka" və başqa döyüşkən xoruz cinsləri bəslənilir[2]. Onlara ət, fındıq, kişmiş verirlər ki, enerjili və sağlam olsunlar[2] və döyüş zamanı caynaqlarına ülgüc kimi iti olan əlavə caynaq taxılır[1].

Xoruz döyüşü insanlara əyləncə ilə yanaşı, həm də gəlir mənbəyi hesab olunur[1]. Belə ki, xoruz azarkeşləri güclü xoruza mərcə girib pul qoyurlar, pul da götürürlər[3].

Döyüşün nəticəsi

[redaktə | mənbəni redaktə et]

Xoruzların meydanda hansı xoruzla qarşılaşacağı əvvəlcədən təyin edilir[3]. Döyüşəcək xoruzların çəkisi və boyu düz gəlməlidir[3]. Ona görə də döyüşdən əvvəl xoruzlar yan-yana düzülür və hansı hansına uyğun gəlsə, rəqibi o seçilir[3].

Xoruz döyüşlərinin nəticəsində sadəcə bir xoruz sağ-salamat qalır, elə qalib də o seçilir[1]. Döyüş meydanında yatan və döyüşdən qaçan xoruz uduzmuş sayılır[2]. Uduzan xoruz qalib xoruzun yiyəsinə verilir[2]. Əgər döyüş 2 saat ərzində davam edərsə və qalib bilinməzsə, o zaman bərabərlik elan olunur. Yəni yarış başa çatır və xoruzların arasında sülh bağlanır[2].

Bir çox ölkələrdə heyvan döyüşdürülməsi qadağan olunasa da, bu adət-ənənə hələ də yaşamaqdadır[1].

Belə ki, bu döyüşlər Azərbaycanda, Türkiyədə, İranda, Gürcüstandaİndoneziyada keçirilir[3]. Amma bu döyüşlərin keçirilməsi qanunla qadağandır[3]. Hətta Sovet dövründə də Azərbaycanda bu yarışın keçirilməsi qadağan olunmuşdu. Amma insanlar bu yarışı gizlində də olsa keçirirdilər[3].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]