Xose Madraso (isp. José de Madrazo; 22 aprel 1781[1][2][…], Santander[5] – 8 may 1859[3][4][…], Madrid[5]) — İspaniya rəssamı və qravürçüsü. Həm barokko, həm də neoklassisizm üslubunda əsərlər yaratmışdır. Oğlu Federiko Madraso, nəvəsi Raymundo Madrasodur.
Xose Madraso | |
---|---|
José de Madrazo y Agudo | |
Doğum tarixi | 22 aprel 1781[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 may 1859[3][4][…] (78 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | ispan |
Fəaliyyəti | rəssam, litoqraf |
Təhsili |
|
Janr | portret |
Stil | neoklassisizm |
Tələbələri | Leon Bonnat |
Vikianbarda əlaqəli mediafayllar |
Madraso Qregorio Ferronun şagirdi olmuşdur. Ferro rəssama Anton Rafael Menqsin stil və texnikasını San Fernandodakı İncəsənət Akademiyasında öyrətmişdir. 1803-cü ildə Parisdə Jak-Lui David ilə işləmişdir. Bu zaman neoklassisizmə daha da yaxınlaşmışdır. Həmin il Jan Ogüst Dominik Enqr ilə dost olmuşdur.
1806-cı ildə müəllimi David Madrasonu Romaya gedib klassik rəsm əsərləri ilə tanış olmağa razı saldı. Romanın San Lukas Akademiyasında işləyərkən çəkdiyi "Viriatonun ölümü" tablosu böyük uğur qazanmışdır. Fransanın İspaniyanı işğal etməsindən sonra Jozef Bonaparta qarşı olan digər ispan rəssam dostları ilə bir müddət Romadakı Sent Anqelo qəsrində, daha sonra İspaniya səfirliyində həbsdə olmuşdur. Orada Napoleon Bonapartın sürgün etdirdiyi İspaniya kralı VII Karlos və arvadı Parmalı Mariya Luiza ilə tanış olmuşdur.
2 sentyabr 1809-cu ildə rəssam Silesio Tadeusz Kanstın qızı Elizabet Kuntz ilə Romada evlənmişdir. 1813-cü ildə Karlosun rəsmi rəssamı olmuşdur. Romada əsasən oradakı həyatdan bəhs edən rəsmlər çəkmişdir.
1815-ci ildə Yoahim Müratın Romaya girməsindən sonra Karlos və ətrafındakılar ondan uzaqlaşmalı olmuşdular. Buna görə Madrası kral rəssamı statusunu itirmişdir.
Napoleon Bonapartın düşüşü VII Fernandoya böyük güc qazandırmışdı. 1818-ci ildə Xose Madraso Karlosun kolleksiyası ilə İspaniyaya qayıtmışdır. Rəssam Prado muzeyini yenidən təşkil etmişdir. Muzey kataloqunun hazırlanmasında şəxsən özü maraqlanmış və kataloqun hazırlanma prinsipini hazırlamışdır.
1823-cü ildə San Fernando İncəsənət Akademiyasında, sonra Prado muzeyində idarəçi olmuşdur. Madrasodan sonra oğulları və nəvələri də onun yolu ilə getmişdir.