Xrisanf Vasilyev

Xrisanf Vasilyev — Bakıda tikilmiş Bakı Dəmir Yolu VağzalınınTağıyevin Teatrının memarı.[1][2]

Xrisanf Vasilyev
rus. Васильев Хрисанф Константинович
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi XX əsr
Vətəndaşlığı
Təhsili Rusiya Rəssamlıq Akademiyası
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı, Sankt-Peterburq, Odessa
Əsas tikililəri Bakı Dəmir Yolu Vağzalı
Tağıyevin Teatrı

Xrisanf Vasilyev 1872-ci ildən 1884-cü ilə qədər Rusiya Rəssamlıq Akademiyasında memarlıq üzrə təhsil alıb. 1880-ci illərin əvvəllərində Zaqafqaziya dəmiryolu xəttinin Bakı-Tiflis hissəsində memar kimi xidmət edib. Bakıda fəaliyyət göstərdiyi müddət ərzində Bakı Dəmir Yolu Vağzalının binasının[3], Tağıyevin Teatrının binasının[4] və Bakı İctimai Məclisinin yay binasının memarı olub.[2]

1882-ci ildə onun eskizi ilə məşhur rus zərgəri Sazikov tərəfindən İmperator III Aleksandr və İmperatriça Mariya Fyodorovnanın tacqoyma mərasimi zamanı, duz çörəyin təqdim edilməsi üçün gümüş boşqab və duzqabı düzəldilmişdir.[2]

1883-cü ildə Fyodor Dostoyevski dünyasını dəyişdikdən 2 il sonra onun qəbrinin üzərində memar Xrisanf Vasilyevin layihəsi və heykəltaraş N.Laveretskinin ortaq işi olan abidə qoyuldu.[4][5]

1882-ci ildə o, Odessa şəhər duması tərəfindən Odessada Aleksandr Puşkinin büstü olan fəvvarənin quraşdırılması üçün elan edilmiş müsabiqəyə qatılır. Və onun layihəsi müsabiqədə qalib gəlir. Nəticədə Odessa şəhərində onun layihəsinə əsasən Puşkinin büstü olan fəvvarə quraşdırılır. 1899-cu ildə isə o, Aleksandrovsk litseyinin bağında quraşdırılmış Aleksandr Puşkinə həsr edilmiş heykəlin memarlığını edir.[6]

XX əsrin əvvələrində isə onun tərəfindən Alupka[7][8], Perekop, Qurzuf və Yançokrakda kilsələr tikilib.[9]

  1. "Bakı Dəmir Yolu Vağzalı" (az.). ticket.ady.az. 20 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
  2. 1 2 3 "Васильев Хрисанф Константинович – архитектор, создатель Тифлисского вокзала (Баку)" (rus). ourbaku.com. 27 iyun 2013. 28 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2022.
  3. Məhərrəm Zeynal. "Bir şedevrin tarixçəsi" (az.). regionplus.az. 12 dekabr 2015. 19 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
  4. 1 2 Çakan, Əhmədoğlu, "Железные дороги Азербайджана в XIX – XX веках" (PDF), İRS, Bakı, 2019, 36, 10 YANVAR 2020 tarixində arxivləşdirilib (PDF)
  5. "Храм Илии Пророка. Саки [VI/25231]" (rus). geocaching.su. 4 avqust 2020. 9 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
  6. "Каменноостровский проспект" (rus). tamara.shemyak.com. 7 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
  7. Vitali Bovar. "Храм Святого Архистратига Михаила (архитекторы Ф.Ф. Эльсон, О.Э. Вегенер)" (rus). ubkterra.org. 26 avqust 2019. 19 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
  8. "Алупка. Церковь Михаила Архангела" (rus). sobory.ru. 19 aprel 2018. 14 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
  9. Yelena Rudenko. "Какими были жилища? Практическая работа. Здания нашего города" (rus). multiurok.ru. 2 mart 2022. 19 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.