Xuan Syanfan(çin. 黄現璠,pinyin: Huáng Xiànfán; 13 noyabr 1899, Quansi, Fusuy - 18 yanvar 1982, Quylin) — Çin etnoloqu, pedaqoqu və tarixçisi, müasir Çincə etnoqrafiyanin banilərindən biri.
Xuan Syanfan | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Fusuy, Quansi, Tzin sülaləsi |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Quylin, Quansi, Çin |
Vətəndaşlığı | ÇXR |
Elm sahələri | tarix, sosial antropologiya, etnologiya, folklor, linqvistika |
İş yerləri |
Quansi Universiteti (1938-1940, 1943-1953) Çjunşan Universiteti (1941-1942) Quansi Müəllimlər İnstitunun (1953-1982) |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Xuan Syanfan 1899-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Junq mənşəlidir, Onun atası zəhmətkeş kəndli idi, o üç yaşında olanda anası vəfat etdi və atası ilə yaşayırmışdır. İbtidai təhsilini doğma kəndində alıb. Orta və lisey təhsilini eyni yerdə tamamladı.1926-cü ildə orta məktəbi tərifnamə ilə bitirmişdir. Elə həmin il o Pekin müəllimlər universitetinə girmiş, orada Çin tarixi və pedaqogika öyrənmişdir. 1932 -cü ildə oranı əla qiymətlərlə bitirmişdir. Eyni zamanda, tələbəlik illərindən başlayaraq, ara-sıra mətbuatda yazılarla çıxış etmişdir. Sonradan Pekin Müəllimlər Universitetinin Pedaqoji İnstitutunda daxil olmuş. Magistr dərəcəsi aldıqdan sonra 1935-cü ildə Yaponiyaya getdi. 1935 - 1937 -ci illərdə Tokyo İmperatorluq Universitetində(indiki Tokyo Universiteti) təhsilini davam etdirmişdir. 1937-ci ildə Çin ilə Yaponiya Müharibəsi başlayanda, Quanqsiyə qayıtdı. 1938 -ci ilin may ayından 1940-ci ilin noyabr ayına qədər Quansi Universitetinin tarix kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. Daha sonradan o, Quandun(en: Guangdong) əyalətinə getdi və Çjunşan Universitetinin(Zhongshan University) tarix professoru kimi işləmişdir. 1948-cu ilin may ayından 1949-ci ilin may ayınadək Quansi Universiteti əsaslı kitabxanasının direktoru təyin edilmişdir. 1953 ci ildən həyatının sonuna kimi Quanqsi Müəllimlər İnstitunun (indiki:Quanqsi Normal Universiteti) Tarix İdarəsində çalışmış. Xuan Syanfan 1982 -ci il yanvar ayının 18-də 83 yaşında vəfat etmişdir.
1943-cü ildən etibarən o, Çin Kəndli və Fəhlə Demokratik Partiyasının üzvü olmuşdur. 1949-cu il Çin Xalq Respublikasının yaranmasından sonra isə millətin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Quysi-Çjuan muxtar rayonunda Xalq Komissarlarınin üzvü seçilib. 1954-cı ildən Çin Xalq Respublikasınin Milli Xalq Konqresi deputatı seçilmişdir və Milli Xalq Konqresinin Etnik Komitəsinin üzvü olmuşdur. Elə həmin il Çin Xarici Ölkələrlə Mədəniyyət Dərnəyinin direktoru təyin edilir. Bundan əlavə 1956-1958-ci illərdə Quansi Sosial və Tarixi Araştırmalar Komitəsinin rəis müavini vəzifəsində çalışmış. Xuan açıqfikirli və mütərəqqi ziyalılardan idi. O, milli-azadlıq hərəkatda fəal iştirak edir. 1957-ci ilin əvvəlindən etibarən xalq səfərbərliyi, siyasi hərəkatlar , sağçı qarşı hərəkatlar baş verdi. Xuan hökumətə qarşı azlığının təhrik etməkdə ittiham olunur,həmçinin bir sağçı millətçilər kimi təqiblərə məruz qalmışdılar. 1966-cı ilin mayından 1976-cı ilin oktyabrınadək davam edən "Mədəni inqilab" Mao Tsedun tərəfindən başlanılmışdı və onun rəhbərliyi altında həyata keçirilirdi. Çin elm, ədəbiyyat və mədəniyyət xadimləri də ən amansız cəzalara məruz qaldılar. Bir çox tanınmış Çin ziyalı təqibə məruz qalmışdılar. Xuan daim nəzarətdə saxlayır, o, şəhəri tərk etməyi və ictimai yerlərdə görünməyi qadağan edirdi. 1978-cü ildə Çin hökuməti ölkənin xarici aləmə açılışı üçün daha islahatlar atdı. 1979-cı ildən Çin Xalq Siyasi Məşvərət Şurasının (ÇXSMŞ) üzvü seçilib. 1980 -ci ildə Çin Etnoqrafiya Cəmiyyətinin məsləhətçisi təyin edilmişdir və Çin Bay-yue Etnik Tariximizin Tədqiqi Cəmiyyətinin sədr müavinidir. Sonralar 1981-ci ildən Çin Ensiklopediyasının redaksiya heyətinin üzvü olmuşdur.[1]
Onun ilə Çin tarixi və Çjuan-etnik tarixə haqqında mütəxəssisləşmişdir tədqiqinin. O, tarix təhsili ixtisas idi. Bununla belə, mütaliəsi, fitri istedadı, öz tarixçi ixtisasına dərindən bələd olmaqla yanaşı, yapon, ingilis, Çjuan, myao-yao və dun dillərini yaxşı bilirdi, geniş dünyagörüşü sayəsində dövrünün savadlı adamlarından biri oldu. Bütün bunlar ona Çjuan tarixinin müxtəlif məsələlərini tədqiq etməyə imkan verdi. O, burada əvvəlcə Çjuan tarixinin professor, və uzun illər arxaik mədəniyyətə malik olan etnik Çjuan nin tədqiq etmişdir. 1957 -cü ildə nəşr olunmuş "Çjuan nin qısa tarixi" qədimlərdən başlayaraq 1952 -ci ilədək olan dövrü əhatə edir. Bu kitabini indiki də əhəmiyyətini itirməmişdir. Belə ki, o çjuan tarixinin atası kimi tanınır, həmçinin çjuan tədqiqini banisi.[2]
O təhsil sahəsində aparılan islahatlarda yaxından iştirak etmişdir, 1981-ci illərdə Litszyan həvəskar Universitetinin(özəl ali təhsil müəssisələrindən biri) təsis etdiyi, və ilk rektor vəzifəsində çalışmışdır. Ömrünün sonuna bir universiteti nin professoru kimi işləmişdir, o, bir çox tələbə təlim edib, bəzi tələbələr Universitetinin professoru oldu.
Baquy məktəbinin(Ilk Çin etnologiya məktəbinin ) banisi kimi də Xuan götürülür.[3] Belə ki, o çoxsaylı ardıcılları vardı ki, onlardan amerika M. Bender, Çinin mifologiya cəmiyyəti sədrinin müavinidir Lan Xunen, Çinin milli azlığının musiqi cəmiyyəti sədrinin müavinidir Fan Şimu,Çin yazıçılar Cəmiyyətinin sədrinin müavinidir Wey Şilin,Çinin ballad cəmiyyəti sədrinin müavinidir Xuan Yunşa,Çin etnoqrafiya cəmiyyəti sədrinin müavinidir Sin Nayçanq, Çjunşan Universitetinin professoru Cjan Şousi, Quanqsi-Çjuanq muxtar rayonu muzeyinin direktoru Tszyan Tinyu,Quanqsi-Çjuanq muxtar rayonunun etnologiya tədqiqi cəmiyyəti sədrinin müavinidir Ly Qanfen, bir çox etnoloji əsərlərin müəllifi Xuan Tsensin və b. göstərmək olar.
13 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir.Bəzi tanınmış əsərləri bir neçə dəfə Çincə təkrar nəşr olunmuşdur. Onun əsərləri Çjuan tarixi tədqiqinin gələcək inkişafına böyük təsir göstərmişdir. Xuan Syanfanin digər məşhur əsərləri aşağıdakılardır: