Xudabəndə məscidi

Xudabəndə məscidiİrəvanda ilk böyük məscid.

Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə dair yazdığı “Tiflisin, İrəvanın və Naxçıvan SSR-in müsəlman kitabələri” adlı məqaləsində göstərir ki, həmin vaxt Məşədi Cabbar adlı şəxs ona yaxınlıqda Şah Abbas məscidindən daha qədim bir məscidin olduğunu və onun şah Xudabəndə tərəfindən inşa edildiyini söyləmişdir.

Uzunluğu 9 metr olan bu məscidin eni 6 metr, hündürlüyü isə 12 metr idi. Çox da hündür olmayan bir mehrabı varmış. Bişmiş qırmızı kərpicdən inşa edilmiş məscidin giriş qapısının üstündəki kitabədə əbcəd hesabı ilə onun təmir olunma tarixi də göstərilib.Kiçik mehrabı olan məscid qırmızı bişmiş kərpicdən inşa edilmişdir. 1685-ci ildə Səfəvi hökmdarı Şah Süleyman tərəfindən təmir etdirilən məscidin giriş qapısı üzərində bir təmir kitabəsi qoyulmuşdur.[1]

Sənge tarixe çu məqsud şod əz dur zəman,
Kordən xodid be tarixe qədim Əhməd xan.

Buradan aydın olur ki, məscid hicri tarixi ilə 1099-cu ildə, miladi ilə 1685-ci ildə Səfəvi hökmdarı şah Süleyman (hak. 1666-1694) tərəfindən təmir olunmuşdur. Yuxarıda göstərilən Əhməd xan sözü əbcəd hesabı ilə 704-cü hicri ilini (miladi 1305) əmələ gətirir ki, bu da Elxani hökmdarı Olcaytu Məhəmməd Xudabəndi Xulaqiydinin hakimiyyət illərinə (hak. 1304-1316) düşür.

  1. Azimbeyov, page, s. 301.