Zal xan məscidi

Zal xan məscidi və ya Şəhər məscidiİrəvan şəhərinin qədim yerlərindən biri olan Şəhər hissəsində yerləşən məşhur məscidlərdən biri.[1]

Zal xan məscidi
Zal xan məscidi 1925 və ya 1926-cı ildə.
Zal xan məscidi 1925 və ya 1926-cı ildə.
Xəritə
40°10′52″ şm. e. 44°31′01″ ş. u.HGYO
Ölkə  Ermənistan
Şəhər İrəvan
Yerləşir İrəvan
Aidiyyatı İrəvan xanlığı
Tikilmə tarixi 1670-ci illər
Üslubu Azərbaycan memarlığı
Vəziyyəti Sovet dövründə fəaliyyəti dayandırılıb, bəzi hissələri dağıdılıb, bəzi hissələri fərqli məqsədlər üçün istifadə edilib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid İrəvan şəhərinin Qala və Təpəbaşı məhəllərinin arasında yerləşmişdir. Güman edilir ki, məscid 1649–1685-ci illərdə ucaldılmışdır. Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsində olmaqla məscidin 1687-ci ildə tikildiyi qeyd olunmuşdur. Burdan belə başa düşülür ki, 1679-cu ildə tikilmişdir. 1928-ci ildə məscidin böyük zalı sökülmüş və yerində İrəvan oteli tikilmişdir. 1999-cu ildəki rekonstruksiyadan sonra otel Qolden Tulip İrəvan Otel adlandırılmaqdadır. Azərbaycan Dövlət Arxiv İdarəsində saxlanılan və 1949-cu ilə aid məlumata görə, Zal xan məscidi sovet dövründə sərgi salonu kimi istifadə olunmuşdur. Zal xan məscidinin istifadə məqsədi II Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Buna qədər məscidin iki mərtəbəli binası və bir çox hücrəsi mövcud olmuşdur. Hal-hazırda, Artistlər Evinin sərgi salonu köhnə məscidin binasında yerləşməkdədir.[2][3][4][5][6]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində "Yerevan" hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda "Golden Tulip Hotel Yerevan" adlanır. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir. İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir.[7]

  1. Акопян, Т. X. Очерк истории Еревана. Yerevan: Издательство Ереванского университета. 1977. səh. 131.
  2. Nazim Mustafa. "İrəvanın tarixi – memarlıq abidələri". www.virtualkarabakh.az. 2018. 8 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2021.
  3. İsmayıl Tanrıverdi. "İrəvan məscidləri". modern.az. 2015. 8 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2021.
  4. ""Город минаретов": Мечети Эривани". azerhistory.com. 8 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2021.
  5. Chopin, Historical monuments of the Armenian oblast (Исторический памятник Армянской области), p. 867
  6. Gevont Alishan, Ayrarat (Այրարատ), p. 311
  7. "İrəvan məscidləri". iravan.preslib.az. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]