Xudafərin körpüsü (Fərman Kərimzadə)

Xudafərin körpüsüFərman Kərimzadənin 1982-ci ildə nəşr edilmiş tarixi romanı.

Xudafərin körpüsü
Romanın 2016-cı il nəşrinin üz qabığı
Romanın 2016-cı il nəşrinin üz qabığı
Müəllif Fərman Kərimzadə
Janr Roman
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan SSR
Orijinalın nəşr ili 1982
Nəşriyyat Qanun (2012)
Bakı Kitab Klubu (2016)
Səhifə 408 (2012)
448 (2016)
Tiraj 100
Sonrakı Çaldıran döyüşü
ISBN ISBN 978-9952-8278-9-7 (2016)

Əsərin adı Azərbaycanİran arasında olan, XIXIII əsrlərdə Araz çayı üzərində tikilmiş Xudafərin körpülərindən götürülmüşdür.[1]

Əsərin 2012-ci il nəşrinin üz qabığı

Müəllif bu əsərə görə sovet dövründə 32 min rubl alıb.[2]

"Xudafərin körpüsü" romanı eyniadlı dilogiyanın 1-ci hissəsi, müəllifin 1984-85-ci illərdə yazdığı "Çaldıran döyüşü" tarixi romanı isə davamı, 2-ci və sonuncu hissəsidir.[3]

Fərman Kərimzadə “Xudafərin körpüsü” romanını yazarkən ilk dəfə idi ki, belə bir mövzu haqqında düşünürdü. Burada Şah İsmayılın uşaqlılq illərini, hakimiyyət başına keçməzdən əvvəlki dövrü təsvir etməklə onun mühitinə nəzər salır. Mövcud ictimai-siyasi mühiti canlandırmağa çalışır. Yazıçı buna nail olur.Burada Şah İsmayıl obrazı tarixi həqiqətə uyöun olaraq işlənib. O bir sərkərdə dövlət adamı olmaqla yanaşı. Həm də bir xalq, el adamıdır.O düşüncə, arzu və istəklərilə yalnız özünü deyil, bütün Azərbaycan xalqını təmsil edir.Ona görə də yazıçı onu daim xalqla birgə təsvir edir. Şah İsmayılın apardığı mübarizə şəxsi mübarizə deyil, xalqın mübarizəsidir.

“Xudafərin körpüsü” romanında XV əsrin axırı XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınıb. Romanda, həmçinin Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şərait təsvir edilib, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılıb.

Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1982-ci ildə "Yazıçı" nəşriyyatında.

Latın qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə Fərman Kərimzadənin qızı Qəmər Kərimzadənin təşəbbüsü və şəxsi vəsaiti hesabına 2003-cü ildə müəllifin 5 cildlik Seçilmiş əsərlərinin 1-ci cildində Bakıda, “Ağrıdağ” nəşriyyatında, 1000 tirajla nəşr edilib.[4]

2012-ci ildə Qanun nəşriyyatında 408 səhifədə[5], 2016-cı ildə isə Bakı Kitab Klubunda 448 səhifədə çap edilmişdir.[6]

"Şərq" qəzetindəki "Yazıçı, şəxsiyyət..." adlı məqalədə Şah İsmayıl haqqında tutarlı bir əsər olan bu dilogiyanın özünün kino təcəssümünü gözlədiyi qeyd edilib.[7]

Filologiya elmləri doktoru Vaqif Yusifli "Dilimiz varlığımız" saytındakı "Hanı Fərmanın, dağlar?" başlıqlı məqaləsində bu dilogiyanın tarixi hadisələrə və tarixi şəxsiyyətlərə utilitar baxışdan çox uzaq olduğunu yazır.[8]

Əntiqə Rəşid "Ədalət" qəzetindəki "52 illik ömrün keşməkeşləri" başlıqlı məqaləsində dilogiyanın yüksək ideya-estetik keyfiyyətləri, güclü ictimai-siyasi məziyyətləri ilə yanaşı, quruluş, dil xüsusiyyətləri ilə də diqqəti çəkdiyini bildirib.[9]

  1. "Xudafərin körpüləri" (az.)). portal.azertag.az. 2017-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  2. Nurlanə Əliyeva. ""Xudafərin körpüsü", "Çaldıran döyüşü", "Qarlı aşırım"ı yazan, Qəmloya görə hədələnən Fərman Kərimzadənin ömür yolu... - FOTOLAR". mia.az (az.). 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
  3. Qəzənfər Kazımov. "Ağlın və qəhrəmanlığın vəhdəti haqqında roman. Fərman Kərimzadə. Seçilmiş əsərləri. 5 cilddə. 2-ci cild. Bakı. "Ağrıdağ". 2003. səh. 313
  4. Fərman Kərimzadə. Xudafərin körpüsü (roman), Bakı, “Ağrıdağ”, 2002.
  5. "Xudafərin körpüsü" (az.)). kitabklubu.org. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  6. "Xudafərin körpüsü" (az.)). kitabklubu.org. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  7. "Yazıçı, şəxsiyyət..." Şərq (qəzet). 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
  8. Vaqif Yusifli. "HANI FƏRMANIN, DAĞLAR?". Dilmiz Varlığımız (az.). 2021-03-03. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
  9. "52 illik ömrün keşməkeşləri:Yazıçı Fərman Kərimzadə..." adalet.az (az.). 1970-01-01. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]