Xudat rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1943–1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Xudat olmuşdur.
Xudat rayonu | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 8 oktyabr 1943 |
Ləğv olunub | 4 dekabr 1959 |
Sahəsi |
|
Xudat rayonu 8 oktyabr 1943-cü ildə yaradılmışdır. Xudat rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.[1]
Xudat rayonu 4 dekabr 1959-cu il tarixində ləğv edilmiş, Şirvan kənd sovetliyi istisna olmaqla ərazisi (Xudat şəhər, Müqtədir qəsəbə soveti, Dədəli, Qusarçay, Ləcət, Nabran, Susayqışlaq və Yalama kənd sovetləri) Xaçmaz rayonuna birləşdirilmişdir. Şirvanovka kənd sovetliyi isə Qusar rayonuna verilmişdir.[2][3][4]
Rayon ərazisində "Xudat kolxozçusu" qəzeti nəşr edilmişdir.[5]