Yaşıl kərtənkələ (lat. Lacerta viridis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü.
Yaşıl kərtənkələ | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yaşıl kərtənkələ |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
15,5 sm uzunluğa malikdir. Bədəni boyunca 40–58 pulcuq yardır. Yetkin fərdlərdə yuxarı hissəsi yaşıl olur. Bu nahiyyəlırdə qara və ya sarı nöqtələr vardır. Erkəklərin boğaz nahiyyəsində parlaq-mavi, yay və payız aylarında tünd göy rəngdə olur. Dişilərdə isə ağ və ya göyə çalır. Qarın nahiyyəsi erkəklərdə parlaq-sarı, dişilərdə isə ağımtıl və ya göyümtül olur.
Ən çox otluqlarda, qayalıqlı dərələrdə rast gəlinir. Onlar əsasən dərinliyi 1 metr olan yuvalarda yaşayırlar. Yuxaların adətən bir necə çıxışı olur. Martdan oktyabra qədər aktiv həyat sürürlər. Əsasən Cücülər, Molyusklar, Çoxayaqlılar və Hörümçəklərlə qidalanır. 5–13 yumurta qoyurlar. May iyul ayında yumurta qoyurlar. Balalar isə yayın sonu və payızın əvvəllərində yumurtadan çıxırlar.
Beş yarımnövə bölünür:
Yaşıl kərtənkələ mərkəzi və cənubi Avropada, üstəlik Kiçik Asiyanın şimal-qərbində yayılmışdır. Bu növün yarımnövlərinə Ukrayna və Moldova ərazilərində rast gəlinir.