Yaşamaq (生きる, Ikiru?) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1952-ci il istehsalı Yaponiya dram filmi. Baş rolda Takaşi Şimura oynayır. Film Tokio bürokratiyasının çatışmazlıqlarından və həyatın mənasından bəhs edir. Ssenari Lev Tolstoyun 1886-cı ildə yazdığı "İvan İlyiçin ölümü" novellasından təsirlənib.
Yaşamaq | |
---|---|
yap. 生きる | |
Janr | dram filmi[1][2] |
Əsas mövzu | qocalıq |
Rejissor | |
Prodüser |
|
Ssenari müəllifləri |
|
Baş rollarda | Takaşi Şimura, Miki Odaqiri |
Operator |
|
Montajçı | Akira Kurosava |
İstehsalçı | Toho[d] |
Distribütor | Toho[d], Netflix |
İlk baxış tarixi | 9 oktyabr 1952 |
Müddət | 143 dəq. |
Ölkə | |
Dil | yapon dili |
Rəng | rəngsiz |
IMDb | ID0044741 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin əsas mövzularına yaşamağın yolu, bürokratiyanın çatışmazlıqları və Yaponiyada ailə həyatıdır. Bu mövzular akademiklər və tənqidçilər üçün mövzu olmuşdur. Film tənqidçilər tərəfindən bəyənilmiş, Kinema Cunpo və Mayniçi mükafatlarını qazanmışdır. 2007-ci ildə televiziya filmi remeyki çəkilmişdir.
Filmin baş qəhrəmanı Kanci Vatanabe adlı orta yaşlı dövlət məmurudur. O, öz bürokratik vəzifəsində 30 il boyunca monoton həyat tərzi keçirib. Həyat yoldaşı uzun müddət öncə ölüb, indi isə oğlu və gəlini ilə yaşayır. Bir gün Vatanabe mədə xərçəngi olduğunu və azı 6 aylıq ömrünün qaldığını öyrənir. 30 il boyunca heç nə etmədiyini anlayan Vatanabenin dünyası sarsılır və həyatı sorğulamağa başlayır.
Ölüm filmin əsas mövzusudur və baş qəhrəmanı həyatı sorğulamağa məcbur edir.[3] Vatanabe əvvəlcə həyatı istədiyi kimi yaşamaq üçün qadınlara və gecə klublarına gedir, lakin 1915-ci ilin "Gondola no Uta" mahnısını oxuyaraq itkisini ifadə edir.[4] Professor Aleksandr Sesonske yazır ki, gecə klubu səhnəsində Vatanabe başa düşür ki, "əyləncə həyat deyil" və hər hansı məqsəd insan həyatına məna verir, "Happy Birthday to You" mahnısı onun yenidən doğuşunu simvolizə edir.[4] Toyo gənc olduğu üçün Vatanabe ondan nümunə götürərək həyatının son vaxtlarını yaşamağa çalışır və Vatanabenin "xilasedicisi" kimi çıxış edir.[5][6]
"Yaşamaq" filmi Yaponiya bürokratiyasının tənqididir.[3] Filmin açılış səhnəsində qadınlar oyun meydançasının tikilməsi üçün bürokratiyaya müraciət etsələr də, hamı onlara vecsiz yanaşır. Qadınların meydança tikilməsi üçün yazdıqları ərizə isə bunun mənasızlığını simvolizə edir.[7] Vatanabe də 30 il boyunca öz mövqeyini bu cür qoruduğuna görə əvvəlcə oyun meydançasının tikilməsi ilə məşğul olmaq istəmir.[8]
Yaponiyada sağlamlıq sistemi də filmdə bürokratik təsvir olunub.[9] Filmdə həkim patenalistik təsvir olunub və Vatanabe onun avtoritetliyinə qarşı çıxa bilmir.[10]
"Yaşamaq" filmi müasir Yaponiyada ailə həyatının vəziyyəti haqqında mənfi görünüş verir. Vatanabe uzun illər boyunca oğlu ilə yaşasa da, aralarında yaxşı münasibət formalaşmayıb. Oğlu Mitsuo Vatanabeni qardaşı kimi görür. Uşaqlar öz valideynlərinə hörmət etməyi unudurlar.[11] Urbanizasiyanın Yaponiya cəmiyyətinə neqativ təsirləri vurğulanır.[12]
Film Akira Kurosava ilə ssenarist Hideo Oquni arasındakı ilk əməkdaşlıqdır. Kurosava tezliklə öləcəyini öyrənən və az ömrü olduğunu bilən bir adam haqqında film çəkmək istəyirdi.[13] Oquni təcrübəli ssenarist idi və ona 500 min yen, digər ssenarist Şinobu Haşimotoya isə 150 min yen təklif edildi. Kurosava əvvəlcə Oquniyə demişdi ki, baş qəhrəmanın 75 günlük ömrü qalmalı və onun karyerası daha az əhəmiyyətli olmalıdır. Kurosava cinayətkar, evsiz və ya dövlət məmuru olan bir personaj istəmişdi.[14]
Ssenaristlər Lev Tolstoyun "İvan İlyiçin ölümü" npvellasından ilhamlanmağa və filmin ortasında personajı öldürməyə qərar vermişdirlər.[13] Filmin ilk adı "Kanci Vatanabenin həyatı" olsa da, Kurosava sonda adını "Yaşamaq" olaraq dəyişdirmişdir. Haşimoto yeni adı bəyənməsə də, Oquni adı dəstəkləmişdir. Ssenari 5 fevral 1952-ci ildə tamamlanmışdır.[14]
Film Yaponiyada Toho tərəfindən 9 oktyabr 1952-ci ildə buraxılmışdır.[15] 1954-cü ildə Berlin Beynəlxalq Film Festivalında nümayiş etdirilmişdir.[16]
ABŞ-da isə 1956-cı ildə Kaliforniyada "Ölümə məhkum" adı altında qısa müddətlik ekranlaşdırılmışdır. 29 yanvar 1960-cı ildə Nyu-Yorkda "Yaşamaq" adı altında nümayiş etdirilməyə başlamışdır.[17]
Film buraxıldıqdan sonra tənqidçilərdən müsbət rəylər almışdır.[18] Rocer Ebert 1996-cı ildə filmi "Ən yaxşı filmlər" siyahısına salmışdır və "Yeddi samuray" filminin tənqidi zamanı Kurosavanın ən yaxşı filmi adlandırmışdır.[19][20] 2008-ci ildə Time Out jurnalı filmi "humanist kinematoqrafiyanın triumflarından biri" adlandırmışdır.[21] Həmin il "The New Yorker"-dən Maykl Sraqou filmi "usta işi" kimi təsvir etmişdir.[22] Vatanabenin yelləncəkdə sallandığını səhnəni isə "ikonik" adlandırmışdır.[23][24][25]
"Empire" jurnalı 2008-ci ildə "Bütün dövrlərin ən yaxşı 500 filmi siyahısında" bu filmi 459-cu yerdə göstərmişdir.[26] Jurnalın 2010-cu ildəki "Dünya kinematoqrafiyasının ən yaxşı 100 filmi" siyahısında isə 44-cü yeri tutmuşdur.[27] Lakin 2016-cı ildə "The Daily Telegraph" filmi ən çox şişirdilmiş 10 filmdən biri kimi göstərmişdir.[28]
Mükafat | Tarix | Kateqoriya | Qəbul edən | Nəticə | İst. |
---|---|---|---|---|---|
BAFTA mükafatı | 1960 | Ən yaxşı xarici aktyor | Takaşi Şimura | Namizəd | [29] |
Berlin Beynəlxalq Film Festivalı | 18–29 iyun 1954 | Berlin senatının xüsusi mükafatı | Akira Kurosava | Qazandı | [15] |
Kinema Cunpo mükafatı | 1953 | Ən yaxşı film | Qazandı | [15] | |
Mayniçi Film Mükafatı | 1953 | Ən yaxşı film | Qazandı | [15] | |
Ən yaxşı ssenari | Akira Kurosava, Şinobu Haşimoto və Hideo Oquni | Qazandı | |||
Ən yaxşı səs | Fumio Yanoquçi | Qazandı | |||
Təhsil Nazirliyi | 1953 | Təhsil Nazirliyi mükafatı | Qazandı | [15] |