Sərxoş mələk (酔いどれ天使, Yoidore Tenshi?) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1948-ci il istehsalı Yaponiya yakuza filmi. Əsas rollarda Toşiro Mifune və Takaşi Şimura çıxış edirlər. Film İkinci dünya müharibəsindən sonra fəaliyyət göstərən sərxoş həkimdən bəhs edir. Toşiro Mifunenin çəkildiyi ilk Kurosava filmidir.
Sərxoş mələk | |
---|---|
yap. 醉いどれ天使 | |
Janr | dram filmi[1][2], Nuar filmi[d][3] |
Əsas mövzu | alkoqolizm |
Rejissor | |
Prodüser | Sociro Motoki |
Ssenari müəllifləri | Akira Kurosava, Keynosuke Uequsa |
Baş rollarda | Takaşi Şimura, Toşiro Mifune, Reyzaburo Yamamoto, Noriko Senqoku |
Bəstəkarlar | Fumio Hayasaki, Ryoiçi Hattori |
İstehsalçı | Toho Studios |
Distribütor | Toho[d], Netflix |
İlk baxış tarixi | 27 aprel 1948 |
Müddət | 98 dəq. |
Ölkə | |
Dil | yapon dili |
Rəng | rəngsiz |
IMDb | ID0040979 |
Vikianbarda əlaqəli mediafayllar |
Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada (Takaşi Şimura) sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna görə də hamı ona sərxoş mələk deyir. Ətrafda yaşayan tanınmış yakuzalardan olan Matsunaqa (Toşiro Mifune) bir gün onun yanına gəlir və Sanada ona vərəm diaqnozu qoyur. Sanada onu sağaltmaq istəsə də, Matsunaqa vəziyyəti qəbul etmək istəmir. Hekayə Matsunaqanın vərəmlə mübarizəsi və onun yakuza statusuna təsirindən bəhs edir.
Çəkilişlərdən öncə Matsunaqa rolu üçün aktyor axtaran Kurosavaya başqa bir filmdə əsəbi personajı oynayan Mifuneni təklif etmişdilər. Mifunenin performansından təsirlənən Kurosava dərhal onu filmə cəlb etmişdir. Kurosavanın Mifuneni seçmə səbəblərindən biri də onun akrobatik hərəkətləri idi. Bu, Mifunenin oynadığı sayca 4-cü filmi idi.
Film realistik ünsürlərdən ilhamlanıb. İdeya Kurosavanın Tokioda lisenziyasız işləyən sərxoş bir həkimlə qarşılaşmasından sonra ortaya çıxıb. İlkin ssenaridə demək olar ki, ancaq Sanadaya yer verilmişdi. Amma Kurosava Mifunenin performansından gördükdən sonra personajının rolunu artırmışdı.
"Sərxoş mələk" ABŞ-nin Yaponiya işğalı dövründə çəkildiyi üçün senzuraya qalan film olmuşdur.[5] O dövrdə Yaponiyada filmlərində ABŞ işğalını tənqid etmək qadağan idi. Senzuradan keçməsi üçün Kurosava filmdə bir çox dəyişiklik etməyə məcbur qalmışdı və ondan sonra filmi senzuradan keçirə bilmişdi. Məsələn, açılış səhnəsində ABŞ əsgərlərinə yaxınlanaşan "pan pan" adlanan yapon fahişələrin səhnəsini kəsmişdi. Kurosavaya yandırılmış binanı da filmdə göstərməyə qoymadılar, lakin əvəzində rayonun mərkəzindəki zəhərli gölməçəni göstərə bilmişdi. İngilis dilində lövhələrə icazə olmasa da, bəzi səhnələrdə bu cür lövhələri görmək mümkündür. Lakin bir rəqs səhnəsində orijinal "Jungle Boogie" mahnısına yazdığı sözlərdə Amerikan cazzını tənqid edirdi. Senzuraçılar çox məşğul olduqlarından bunu gözdən qaçırmışdılar.[6][6]
Filmin çəkilişləri gedən zaman Akiranın atası ölmüşdü.
Film Rotten Tomatoes-dən 93%-lik reytinq alıb.[7] Mark Şillinq "Yakuza filmi kitabı: Yaponiya qanqster filmlərinə giriş" adlı kitabında bu filmi müharibədən sonra çəkilmiş ilk yakuza filmi olduğunu bildirir. Lakin filmin ümumi yakuza elementlərinə malik olmadığını bildirmişdir.[8]