Yaşar Məmmədov

Yaşar Məmmədov (14 dekabr 1956, Bakı) — Quba Rayon İcra Hakimiyyətinin başçısı (2015–2017).

Yaşar Məmmədov
Yaşar Qəhrəman oğlu Məmmədov
bayraq
Quba Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
27 yanvar 2015 – 2 dekabr 2017
ƏvvəlkiMübariz Ağayev
SonrakıZiyəddin Əliyev[1]
bayraq
Ucar Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
5 aprel 2010 – 27 yanvar 2015
SonrakıMənsur Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi (67 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
Fəaliyyəti aktyor

Təltifləri "İgidliyə görə" medalı — 1995 "İgidliyə görə" medalı — 2006 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016

Məmmədov Yaşar Qəhrəman oğlu 14 dekabr 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Daxili İşlər Nazirliyinin Minsk Ali Məktəbini bitirmişdir. İxtisasca hüquqşünasdır.

Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan SSR Avtomobil Nazirliyinin Sənaye Müəssisələr İdarəsinin "Avtodetal" zavodunda başlayıb. 1975–1977-ci illərdə hərbi xidmətdə olub.

1977–2010-cu illərdə Azərbaycan SSR və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili işlər orqanlarında milis nəfəri, müdavim, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, cinayət axtarış bölməsinin rəisi, polis bölməsinin rəisi, polis şöbəsinin rəis müavini vəzifələrində xidmət etmiş, Daxili İşlər orqanlarındakı sonuncu iş yeri Ağdaş rayon Polis şöbəsinin rəisi vəzifəsi olmuşdur.

2010-cu ilin aprel ayından 2015-ci ilin yanvar ayına kimi Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 1995-ci il tarixli və 30 iyun 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir övladı var.