Məmməd Behbud oğlu Orucov (20 dekabr 1907, Sərdarlı, Qaryagin qəzası – 18 sentyabr 1961, Bakı) — Azərbaycan Kommunist Partiyası Quba Rayon, Ağdam Rayon və Jdanov Rayon komitələrinin birinci katibi, Sosialist Əməyi Qəhrəmanı
Məmməd Orucov | |
---|---|
1951 – 19?? | |
8 fevral 1948 – 30 noyabr 1951 | |
Əvvəlki | Yusif Yusifov |
Sonrakı | Məmməd Əliyev |
1943 – 194? | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 dekabr 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 18 sentyabr 1961 (53 yaşında) |
Vəfat yeri | |
|
|
Təltifləri |
|
Orucov Məmməd Behbud oğlu 20 dekabr 1907-ci ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur[1]. 1935-ci ildə APİ-nin tarix fakultəsini bitirmişdi. O, 1942-ci ildə Xindiristan MTS-ın də çalışmış, sonra irəli çəkilərək Jdanov (indiki Beyləqan) RPK-nın birinci katibi seçilmişdi. 1947-ci ildə Jdanov rayonunda pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Jdanov rayonundakı fəaliyyətinə görə 1948-cü ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb.
1948-ci il fevralın 7-8-də Ağdam rayon partiya komitəsinin X konfransından sonra keçirilən plenumda Məmməd Behbud oğlu Orucov Ağdam rayonunun birinci katibi seçilir.
Ağdamdan sonra M.Orucov bir müddət Quba RPK-nın birinci katibi və Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində çalışmışdı.
1951-ci ilin noyabrın 30-da Ağdam RPK-nın növbəti plenumu keçirilir. Plenum təşkilat məsələlərinə baxır və M.Orucov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilir və yerinə isə Məmməd Əliyev seçilir.
1943-1961-ci illərdə Azərbaycan KP Jdanov, Ağdam, Quba RK-nın birinci katibi, Azərbaycan KP MK k.t. şöbəsinin müdir müavini və s. vəzifələrdə işləmişdir. Azərbaycan KP MK üzvü (1951-1960), Azərbaycan SSR Ali Sovetinin Deputatı (2-5-ci çağırış) seçilmişdir. Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı”ordenləri və medallarla təltif edilmişdir[2].
18 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.