Arif Rəhimzadə

Arif Rəhimzadə (3 fevral 1941, Kirovabad) — Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IVV çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini (1994–2005), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə Dövlət Müşaviri, Azərbaycan Kommunist Partiyası Quba Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycanın dövlət xadimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru.

Arif Rəhimzadə
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri
Vəzifədədir
5 mart 2021-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
24 noyabr 1995 – 10 mart 2020
Seçki dairəsi1995, 2000 — 79 saylı Neftçala-Salyan
2005, 2010, 2015 — 61 saylı Neftçala
ƏvvəlkiVəzifə təsis edildi. (79 saylı)
Vəzifə təsis edildi. (61 saylı)
SonrakıVəzifə ləğv edildi. (79 saylı)
Sabir Rüstəmxanlı (61 saylı)
14 dekabr 1994 – 2 dekabr 2005
ƏvvəlkiTamerlan Qarayev
SonrakıZiyafət Əsgərov
bayraq
Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı
bayraq2
5 fevral 1991 – 24 noyabr 1995
Seçki dairəsi270 nömrəli Mirbəşir
Sonrakıvəzifə ləğv olundu
26 iyun 1993 – 1994
ƏvvəlkiArif Hacılı
SonrakıVəzifə ləğv edildi.
bayraq
Azərbaycan Kommunist Partiyası Quba Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1987 – 1989
ƏvvəlkiPaşa Əhmədov
SonrakıMəhəmməd Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 3 fevral 1941(1941-02-03) (83 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni

Arif Rəhimzadə 3 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.

1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olmuşdur.

Evlidir, 2 övladı var.[1] Rus dilini bilir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləmişdir.

1987–1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışmışdır.

Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin deputatı olmuşdur.

Müstəqillik dövrü

[redaktə | mənbəni redaktə et]

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.[2]

Arif Rəhimzadə Elçibəy hökuməti dövründə həbs edilmiş Vaqif Hüseynovun hüquqlarını müdafiə komitəsinin sədri olmuşdur.[3]

Azərbaycan Respublikası I–V çağırış Milli Məclisinin deputatı seçilmişdir. 1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək parlament Sədrinin birinci müavini olmuşdur.

2010-cu il noyabrın 7-də 61 saylı Neftçala seçki dairəsindən IV cağırış parlamentə deputat seçilmişdir. Milli Məclisin regional məsələlər komitəsinin sədri olmuşdur.[4]

Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədridir. Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri olmuşdur.[5]

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olmuşdur.

  • Azərbaycan 26 aprel 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncamı ilə Arif Rəhimzadə "Şöhrət" ordeni ilə təltif edilib "Şöhrət" ordeni[6]
  • Azərbaycan 1 fevral 2021-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 3 fevral 2021-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib[7]
  1. "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-04.
  2. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)
  3. "Sabiq baş nazirdən DTK-nın keçmiş sədri haqda şok açıqlamalar". www.musavat.com (az.). 2024-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-18.
  4. "Arxivlənmiş surət". 2011-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  5. "Arxivlənmiş surət". 2011-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  6. A. Q. Rəhimzadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  7. A. Q. Rəhimzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı