Yabanı çiyələklər

Yabanı çiyələklər1957-ci ildə İnqmar Berqman tərəfindən çəkilmiş psixoloji dram filmi. Filmin orijinal başlığı olan Smultronstället hərfi mənada "kiçik çiyələk sahəsi" deməkdir, amma simvolik olaraq insan üçün şəxsi və ya sentimental dəyərə malik bir məkanı bildirir. Bu, filmdə keçmişini xatırlayan qoca professoru canlandıran Viktor Xöströmün son ekran işidir. Filmin aktyor heyətinə eyni zamanda Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand və Maks fon Südov da daxildir.

Yabanı çiyələklər
isv. Smultronstället
Janr Psixoloji dram
Əsas mövzu qocalıq[1], əzab[2], Nikah[2], Dərketmə[3]
Rejissor İnqmar Berqman
Prodüser Allan Ekelund
Ssenari müəllifi İnqmar Berqman
Baş rollarda Viktor Xöström, Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand
Bəstəkar Erik Nordqren
Distribütor Netflix
İlk baxış tarixi 1957, 26 dekabr 1957[4], 30 sentyabr 1958[4], 22 iyun 1959[4]
Mükafatları Qızıl ayı
Müddət 91 dəqiqə
Ölkə İsveç
Dil İsveç dili
İl 1957
Rəng ağ-qara[d]
IMDb ID0050986
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Berqman filmin ssnerasini xəstəxanada olarkən yazdı.[5] İntrospeksiya və insan mövcudluğu kimi fəlsəfi mövzuları özündə ehtiva edən film 8-ci Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film seçildi. Berqmanın ən yaxşı filmlərindən biri olmaqdan əlavə, eyni zamanda, bütün dövrlərdə çəkilmiş ən yaxşı filmlərdən hesab edilir.[6]

Məzmun[redaktə | mənbəni redaktə et]

Deyingən, tərs və eqoist biri olan professor İsak Borq 78 yaşlı dul həkimdir. O, bakteriologiya sahəsi üzrə mütəxəssis olmazdan öncə İsveçin şəhərkənarı ərazisində xidmət göstərib. Lund Universitetinin doktorantı olduqdan 50 il sonra fəxri dərəcə almaq üçün maşınla Stokholmdan Lunda yola düşür. Professorun yeganə oğlu Evaldın hamilə həyat yoldaşı Marianna da onu müşayiət edir. Marianna professoru sevmir və Evald uşağı istəmədiyindən onunla ayrılmağı planlaşdırır.

İsak səyahət boyunca yaxınlaşan ölümü barədə kabuslar görür, bütün həyatı gözünün qabağına gəlir. Yolda tanış olub maşınına mindirdiyi yad adamlar da onun sıxıntı dolu keçmişi ilə bağlı yuxularına daxil olur. Maşınına əvvəlcə Sara adlı gənc bir qız və ona heyran olan iki cavan oğlan minir. Sarayla İsakın gənc olarkən sevdiyi qadının rolunu eyni aktrisa canlandırır. Bu üç gənc səyahətinin sonuna kimi İsakla birgə olur. Daha sonra Alman soyadını daşıyan orta yaşlı bir cütlüyün maşını az qala onlarınkı ilə toqquşur və beləcə, Almanlar ailəsi də onlara qoşulur. Bir-birini çox kəskin şəkildə tənqid etdikləri və mübahisə yarandığı üçün Marianna maşını saxlayır və onlardan maşından düşmələrini tələb edir. Cütlük İsaka öz uğursuz evliliyini xatırladır. İsakın sonra gördüyü yuxuda Sten Alman ondan imtahan götürən nəfəri canlandırır və ondan lövhədəki "xarici" hərfləri oxumasını istəyir. İsak oxuya bilmir. Belə olan halda, Sten onun əvəzinə oxuyur: "Həkimin əsas vəzifəsi əfv diləməkdir". Buradan da belə qənaətə gəlir ki, o, günahkardır.[7]

O, dənizkənarında keçən uşaqlığı, sevdiyi qızın sonradan onun əvəzinə qardaşı ilə evlənməsi ilə bağlı xatirələri yada salır. Tənhalığı ilə üzləşən İsak insanlara qarşı məsafəli olduğu gerçəyi ilə üzləşir. Bu xüsusiyyətlərin yolüstü baş çəkdiyi qoca anasında və orta yaşlı həkim oğlunda da olduğunun fərqinə varır. O, yavaş-yavaş keçmişini, indisini və yaxınlaşmaqda olan ölümünü qəbul edir.[8][9][10]

Sonda nəhayət Lunda gəlir çıxır və fəxri dərəcəsini alır. Lakin aydın olur ki, bu, sadəcə mənasız bir ritualdır. Yolda tanış olub maşınına mindirdiyi gənc dostları ilə həmin gecə sağollaşır və gecəni oğlunun evində keçirir. Yatağa girərkən özünü çox rahatlamış hiss edir və ailəsinin göl kənarında birlikdə keçirdiyi günü xatırlayır. Həyatının sonunun gəldiyinə əmin olur və üzündə bundan şad olduğunu göstərən bir ifadə yaranır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kalin J. The Films of Ingmar Bergman (ing.). Cambridge University Press, 2003. P. 57. — (Cambride Film Classics) ISBN 978-0-511-06534-7
  2. 1 2 Kalin J. The Films of Ingmar Bergman (ing.). Cambridge University Press, 2003. P. 8. — (Cambride Film Classics) ISBN 978-0-511-06534-7
  3. Kalin J. The Films of Ingmar Bergman (ing.). Cambridge University Press, 2003. P. 67. — (Cambride Film Classics) ISBN 978-0-511-06534-7
  4. 1 2 3 IMDb (ing.). 1990.
  5. "Wild Strawberries". The Ingmar Bergman Foundation. 2013-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 Aprel 2020.
  6. Murray, Edward. Ten Film Classics: A Re-viewing. F. Ungar Publishing Co. 1978. ISBN 978-0-8044-2650-3.
  7. Erik Erikson “Wild Strawberries” Arxivləşdirilib 2014-12-05 at the Wayback Machine.
  8. Malcolm, Derek. "Ingmar Bergman: Wild Strawberries". The Guardian. London. 10 June 1999. 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2020.
  9. Crowther, Bosley. "Wild Strawberries (1957) NYT Critics' Pick". New York Times. 23 June 1959. 12 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 Aprel 2020.
  10. Manvell, Roger. "Plot and review: SMULTRONSTÄLLET (Wild Stawberries)". filmreference.com. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.