Yakob Henle

Fridrix Qustav Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) alman anatomu və həkimi, nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. Yakob Henle yəhudi zərgər və qızıl tacirnin ailəsində dünyaya gəlmişdir. Onun işlərini müasir mikrobiologiyanın "rüşeymi" adlandırmaq olar. Yakob Henle rəhudi olsa da xristiyanlığı qəbul etmişdir. 1832 ci ildə BonnHeydelberqdə tibbi təhsilini bitirdikdən sonra, 1834 cü ildə Berlində Rudolfinin assistenti olmuşdur. 6 il ərzində yeni heyvan növlərinə dair üç anatomik monoqrafiya, daxil olmaqla külli miqdarda elmi məqalələr dərc etmişdir. 1837 ci ildə Berlin universitetində mikroskopik anatomiya və potologiya üzrə privat-dosent kimi işləmişdir. 1844 cü ildə Yakob Henle Heydelberqə gələrək burada fiziologiya və potologiyanı öyrənir. Öz müəllimi Müllerlə birlikdə köpək və skat balıqlarına dair zooloji oçerk dərc edir. Henle 1852 ci ildən Göttingen universitetindəki anatomiya instituna rəhbərlik etmiş, 1855 ci ildə özünün məşhur "İnsanın sistematik anatomiyası" dərsliyini dərc etdirmiş və 1885 ci ildə Göttingendə vəfat etmişdir. 1888 ci ildə yaşadığı binaya xatirə lövhəsi vurulmuş, lakin 1942 ci ildə nasional-sosialistlər tərəfindən yəhudi mənşəyinə görə götürülmüş və İkinci dünya müharibəsindən sonra təzədən yerinə asılmışdır. Hal-hazırda onun doğulmuş olduğu Fürt şəhəri, Helmstrase 9 ünvanında xatirə lövhəsi asılmaqdadır. Heidelberg anatomiya institutunun preparat zalının önündə onun büstü qoyulmuşdur.

Fridirix Qustav yakob Henle
alm. Friedrich Gustav Jacob Henle
yakob Henle
yakob Henle
Doğum tarixi
Doğum yeri Almaniya Almaniya, Fürt
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Almaniya Almaniya, Göttingen
Vətəndaşlığı Alman
Elm sahəsi Anatomiya
Elmi dərəcəsi Professor
İş yerləri
Alma-mater Bonn, Haydelberq universitetləri
Təhsili
Tanınmış yetirmələri Carl Joseph Norden[d]
Tanınır Henle ilgəyi
Üzvlüyü
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.