Yakut inəyi

Yakut inəyi.

Yakut inəyi (saxa ынах) — Saxa Respublikası ərazisində yayılmış mal-qara cinsidir. Alçaq böyü və az çəkisi ilə fərqlənir. İbtidai öküzdən törəyən Monqol mal-qara qrupundan çıxmışdır.

Təsviri[redaktə | mənbəni redaktə et]

Cins Uzaq Şimalın sərt şəraitində ətlik və südlük istiqamətli maldarlığın Yakut mədəniyyətinin əsasını təşkil etmişdir. 1929-cu ildə məhsuldarlığı artırmaq üçün, gətirilən xolmoqorsk və simmental cinsləri tərəfindən cinsin kütləvi assimilyasiyasına başlanıldı. Hal-hazırda, mal-qara sürüləri yalnız Even-Bıtantay uluslarında, fərdi kəndli, kolxoz təsərrüfatlarında və Novosibirsk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutununda qorunub saxlanılmışdır.

Şimal-şərqi Asiyanın Yakut kolonizasiyasının 6-7 əsrləri ərzində Mərkəzi Yakutiyadan gələn cins heyvandarlıq sahəsi şimal və şimal-şərq istiqamətlərində geniş yayılaraq Yana, İndigirkaKolıma çaylarının aşağı hövzələrinə çatır.

Hal-hazırda inkişaf etmiş heyvandarlıq mərkəzləri zəngin yay otlaqları ilə məşhur olan Mərkəzi Saxa ovalığıdır.

Yakut inəkləri son dərəcə yüksək dözümlülük xüsusiyyətləri ilə xarakterizə olunur. Xüsusilə qışın -40 °C temperaturda sağ qalması nümunələrinə rast gəlinir[1].

Yakutiyada bu cinsdən olan mal-qara -50 °C temperaturda suvarıldıqda hər hansı donma hadisəsi müşahidə edilmir. Bir yetkin inək ildə 2236 litrə qədər süd istehsal edir. Südün orta yağ tərkibi təxminən 5.6 % (bəzi nümunələrdə 11% -ə qədər) olur. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xolmoqorsk inəklərinin südünün orta yağ tərkibi cəmi 3,7% -dir[2].

Çağdaş vəziyyəti[redaktə | mənbəni redaktə et]

Bu gün ümumi sayı 2,5 min başdan çox deyil. 2 mindən çoxu Even-Bıtantay ulusundadır (Yakutiyanın Arktik zonası). ABŞ-yə məxsus Aleut arxipelaqının Çirikov adasında qismən vəhşi formada olan qarışmış Yakut cinsindən təxminən 2 min baş iribuynuzlu mal-qara saxlanılmışdır. Yakut mal-qarasının 18-ci əsrdə Rusiya-Amerika şirkəti tərəfindən Çirikov və Vozneseniya adalarına gətirildiyi müəyyən edilir. Rus kolonistlərini süd və kəsmik istehsal etmək məqsədini güdürlər. XX əsrdə ABŞ-nin materik hissəsindən Şorthorn, Angus və digər mal-qara cinsləri Çirikov adasına gətirilir. Ancaq burada böyük bir heyvandarlıq mərkəzi qurmaq planı, qismən adanın iqliminin maldarlıq məhsuldarlığına təsirinin düzgün qiymətləndirilməməsi səbəbindən uğursuz olur və nəticədə insanlar adanı tərk etməli olur.

Artıq XXI əsrdə aparılan genetik tədqiqatlar göstərdi ki, hazırda Çirikovda olan mal-qara Şimali Amerikaya Britaniya adalarından gətirilən Hereford cinsindən və Yakut mal-qarasından ibarətdir. Eyni zamanda 12 qrupa bölünmüş mal-qara içərisində genetik diversifikasiyanın hələ də böyük olduğu və tam qarışmasının başa çatmadığı qeyd olunur. Torpağın eroziyası və adanın subarktik çəmənliklərinin aşağı məhsuldarlığı səbəbindən Çirikov ada mal-qarası nəsli kəsilmə təhlükəsi qarşısındadır. Alyaska ştatı bu mal-qaranı başqa yerlərə köçürmək üçün bir proqram hazırlanmışdır. Lakin bu mal-qaranın uzun müddət tam təcrid olunması və yoluxucu xəstəliklərə qarşı aşağı müqavimət göstərdiyinə dair narahatlıqlar səbəbindən proqram yenidən baxılmaq üçün geri qaytarılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Компания якутских коров «разработала план» выживания в тайге". 2011-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  2. "Comments:". tolstyakov. 2017-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.