Even-Bıtantay ulusu (saxa Эбээн-Бытантай улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Bataqay Alıta kəndidir.
Even-Bıtantay ulusu | |
---|---|
67°47′53″ şm. e. 130°23′55″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 21 aprel 1989 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ulus respublikanın şimalında, Şimal qütb dairəsindən cənubda yerləşir. Rayonun qərbində Verxoyansk silsiləsi, şimal-şərqdə isə Kular silsiləsi vardır. Yakutiyanın ən əlçatmaz uluslarından biridir. Ulusun sahəsi 52,3 min km-dir. Şimalda Bulun ulusu, qərbdə Jıqan ulusu, cənubdan Kobyay ulusu, şərqdən Verxoyansk ulusu ilə həmsərhəddir. Ulusun relyefi dağlıqdır. Yanvar ayının orta temperaturu: -40 °С, iyul: +16 °С olur. ulus ərazisindən axan əsas çaylar: Omola, Buxuruk, Ulaxan-Sakkırır, Xobool, Acçıgı-Sakkırır, Mandıya, Tirek və s. bu çaylar arasında ən irisi Bıtantay çayıdır. Ulus Lena Yana çayları arasınad yerləşən su ayrıcı bölgədədir.
Even-Bıtantay ulusu respublikada mövcud olan ən gənc ulusdur. Yakutiya Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyətinin 21 aprel 1989-cu il tarixli qərarı ilə, Verxoyansk ulusundan Even-Bıtantay milli ulusu ayrılaraq formalaşdırılır. Ulusun adı 1989-cu ildə əhalinin 32.35% -ni təşkil edən evenlərdən və həmçinin Bıtantay çayı üzərində yerləşməsinə görə verilmişdir.
2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: evenlər - 1521 nəfər (53,03%), saxalar - 1272 nəfər (44,37%), ruslar - 25 nəfər (0,87%), evenklər - 16 nəfər (0,56%) və digər millətlər - 27 nəfər (0,94%). 2010-cu il siyahıyaalınmasına görə, rayonun ümumi əhalisi 2867 nəfər olmuşdur. Bataqay-Alıta kəndində ulus əhalisinin 63.9% -ni toplanmışdır.
Even-Bıtantay ulusu ərazisinə 3 kənd inzibati vahidliyinə ümumilikdə 4 yaşayış məntəqəsi daxildir[2][3]. Ulus ərazisinə daxil olan yaşayış məntəqələri: Alı k., Baqatay-Alıta k., Carqalax k., Kustur k.
Ulus iqtisadiyyatında kənd təsərrüfatı aparıcı rol oynayır. İqtisadiyyatın əsas sahələri maralçılıq (şimal maralı), atçılıq və xəz ticarətidir. Bura almaz və qonur kömür yataqları ilə zəngindir. respublikanın əlçatmaz uluslarından biri olması səbəbi ilə iqtisadiyyatı zəif inkişaf etmişdir.