Yamanoe stelası

Yamanoe stelası (山ノ上碑, Yamanoe hi?)Yaponiyanın Qunma prefekturasının Takasaki şəhərində yerləşən qədim stela. Kozukenin üç stelasından ən qədim olanıdır. Üzərində Çin işarələri və yapon qrammatikası ilə yazılmış ən qədim yazı həkk olunmuşdur. Stelanın yaxınlığında Yamanoe kofunu (山ノ上古墳?) yerləşir.[1]

Yamanoe stelası
36°16′37″ şm. e. 139°01′40″ ş. u.
Ölkə
Yerləşir Takasaki
Tikilmə tarixi 18 noyabr 681
Material andezit
Təyin edilib20 mart 1954
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yamanoe stelası[redaktə | mənbəni redaktə et]

681-ci ildə ucaldılmış stela Haruna vulkanından gətirilmiş andezit daşından hazırlanmışdır.[2] Stela 111 santimetr hündürlüyündə, 47 santimetr genişliyində və 52 santimetr qalınlığındadır[3] və Koreyanın Şila krallığına aid olan stelanı xatırladır. Stelanın kalliqrafik stilin krelikal yazının bir variantı olduğu güman olunur. Hoko məbədinin bir keşişi olmuş Naqatoşi anası Kurome-no-tocini yaxınlıqda dəfn etdikdən sonra onun üçün bu stelanı ucaltmışdır.[1] Stelanın üzərindəki yazı 53 işarədən ibarətdir[3] və Azərbaycan dilindəki tərcüməsi belədir:[1]

" Mən bunu ilan və donuz ilinin 10-cu ayının 3-cü günündə yazıram. Sano-Miyakeni idarə etmiş Takemori-no-mikotonun nəvəsi Kurome-no-toci; bu, Çori-no-hoşinin Tatami-no-sukunenin oğlu Niikava-no-ominin oğlu Oqo-no-omi ilə evləndikdən sonra onu doğan anasına həsr olunmuşdur. Hoko məbədinin bir keşişi. "

Stelanın üzərində yazının əvvəlində qeyd olunan tarix forması VII əsrin epiqrafları və taxta tabletləri üçün səviyyəvidir. Yazı üçün Çin işarələrindən istifadə olunsa da, yapon qrammatikası ilə yazılmışdır: feil mübtədadan sonra gəlmək əvəzinə cümlənin sonunda işlədilir. Bu, Yaponiyada Çin yazısının qəbulu ilə bağlı ən qədim nümunələrdən biri sayılır.[2]

Yamanoe stelası Matsudayra Sadanobu tərəfindən 1790-cı illərdə tərtib olunmuş "Şuko Cişşu" əsərində "Yamana kəndində Kannona həsr olunmuş məbəddə saxlanılan stela" kimi təsvir olunmuşdur. Kariya Ekisayın "Kokyo İbun" əsərində də "Yamana kəndində stela" təsvirinə rast gəlinir. Şifahi ənənələrə görə stela keçmişdə kofunun qarşısındakı şam ağacının altında dayanırdı.[2]

Mühafizəsi[redaktə | mənbəni redaktə et]

Stelanın vəziyyəti və yeri 1884-cü ilə qədər dəyişməmiş qalmışdır. 1884-cü ildə Qunma prefekturasının qubernatoru Motohiko Katorinin göstərişi ilə stelanın yerləşdiyi ərazi satın alınmışdır. O, stelanın mühafizəsini təmin etmək məqsədilə stelanı örtən kiçik struktur tikdirmiş və yeni bünövrə qoydurmuşdur. Stelanı qoruyan müasir dəmir-beton struktur 1992-ci ildə inşa olunmuşdur.[2]

3 mart 1921-ci ildə Tarixi yer, 20 mart 1954-cü ildə Xüsusi tarixi yer statusu almışdır.[3] 2017-ci ildə Yaponiya hökuməti tərəfindən UNESCO-nun "Dünyanın yaddaşı" proqramına təqdim olunmuşdur.[4]

Yamanoe kofunu[redaktə | mənbəni redaktə et]

Yamanoe kofunu.

Stelanın yaxınlığında yerləşən kofun yaxşı vəziyyətdə qorunmuşdur və VI əsrin ortalarına aid edilir. Bu kofun əvvəlcə Kurome-no-toci üçün yox, yerli bir şahzadə üçün hazırlanmışdır. Kofundan bir şəxsi çıxarıb başqası üçün istifadə etmək demək olar ki, geniş yayılmamış praktika olsa da, Kurome-no-tocinin dəfnində bu halın baş verdiyi güman olunur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Yamanoue Stele and Tumulus". Atlas Obscura (ingiliscə). 22 sentyabr 2023. 7 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2023.
  2. 1 2 3 4 "Nomination form International Memory of the World Register" (PDF). Memory of World (ingiliscə). 3 aprel 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 oktyabr 2023.
  3. 1 2 3 "Yamanoue Stela". Takasaki şəhərinin rəsmi saytı (ingiliscə). 7 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2023.
  4. "Three Cherished Stelae of Ancient Kozuke". Memory of World (ingiliscə). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]