Yamansu çayı

Yamansu (çeç. Ястий[1][2], qum. Ямансув[3]) — Çeçenistanın Naji-Yurt rayonu və Dağıstanın Novolak, Xasavyurd rayonları ərazisindən keçən Rusiyada çay. Çayın uzunluğu 75 km-dir. Su hövzəsinin sahəsi 318 km²-dir.[4] Çayın yamacı 15.1 m/km-dir.[5]

Yamansu çayı
ce/Ястий, Бургӏалт/kum/Ямансув
Ölkə Rusiya Rusiya
Region
  • Çeçenistan→Dağıstan
Mənbəyi Planivuk silsiləsinin şimal-qərb yamacı
 • Yüksəkliyi 1160 m
Mənsəbi Aksay çayı /Sulak çayı→Xəzər dənizi
 • Yüksəkliyi 25 m
Uzunluğu 75 km
Su sərfi 0,64 m³/san
Su sistemi 1390
Su hövzəsi 318
Hövzəsinin sahəsi 318 km²
DSR[ru] 07030000212109300000222

Adlanması[redaktə | mənbəni redaktə et]

Qumuq dilindən tərcümədə "yaman su" "pis,çirkli su" deməkdir. Çayın suyu yüksək miqdarda sulfat və xlor duzları olan sulfit sinfinə aiddir, buna görə də çayın suyundan gündəlik məişətdə içmək üçün istifadə edilmir. Ancaq XIX əsrin sonu XX əsrin əvvəllərində Brokhauz və Efronun ensiklopedik lüğətinin səhifələrində bu haqda yazılmışdı:

Çay adını fırtınalı daşqınlar zamanı hərəkəti qeyri-mümkün olduğu üçün "pis çay, yaman çay" olaraq almışdır.[6].

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Çayın mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 1160 m yüksəklikdədir. Planivuk silsiləsinin şimal-qərb yamacından mənbəyini götürür və oradan 62 km məsafədə Novosel kəndi yaxınlığında sağ sahildən Aksay çayına tökülür. Çayın mənsəbinin hündürlüyü dəniz səviyyəsindən 25 m yüksəklikdədir.

Hidrologiyası[redaktə | mənbəni redaktə et]

Yamansu çayı ilin isti hissəsində daşqın rejimi olan və qış mövsümündə aşağı olan çaylar tipinə aiddir. Çayın əsas qidalanma mənbəyi dağlarda əriyən buzlaqlar və yağışdır. Mart -aprel aylarında daşqınlar əsasən ərimiş buzlaqların suyunun hesabına, ilin qalan hissəsində isə yağışlar nəticəsində yaranır. Şayda orta illik axıntı - 0.64 m³ / s, maksimum - 240 m³ / s (1989). Suyun orta bulanıqlığı 8000 q / m³, maksimum 53000 q / m³ -dir.

Qolları[redaktə | mənbəni redaktə et]

Çayın əhəmiyyətli bilinən qolları yoxdur.

Çayın öyrənilməsi[redaktə | mənbəni redaktə et]

Çayın 1992-ci ilə qədər öyrənilməsi Yarmarkın 2-ci hidroloji stansiyasında aparılırdı. Daha əvvəl müşahidələr QP patrul Bataşevski və Yevqenyevka kəndlərindəki hidroloji stansiyalarda da aparılıb.

Su qeydiyyatı məlumatları[redaktə | mənbəni redaktə et]

Rusiyanın dövlət su reyestrinin məlumatlarına görə, Qərbi Xəzər hövzəsi rayonuna, Çirkeyski Su Elektrik Kompleksindən girişinə qədər Sulak çayının su idarəetmə hissəsinə qədər əraziyə çayın hövzəsi daxil deyil. Çayın çay hövzəsi - Terek şayına daxildir.[4] Obyektin kodu - 07030000212109300000222-dir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Сулейманов А. Топонимия Чечни. Грозный: ГУП «Книжное издательство», 2006.
  2. Тесаев З. А. Чеченская «география» XV века, составленная по данным ученого-богослова и путешественника Аздина Вазара. Грозный: «АО ИПК «Грозненский рабочий». 2018. 40.
  3. Кумыкско-русский словарь под редакцией Б. Г. Бамматова, Г. М. Оразаева. — Махачкала: ИЯЛИ ДНЦ РАН, 2013 г. — 523 с. — ISBN 978-5-91431-086-5
  4. 1 2 3 Яман-су : [рус.] / textual.ru // Государственный водный реестр : [арх. 15 октября 2013] / Минприроды России. — 2009. — 29 марта.
  5. Ресурсы поверхностных вод СССР том 9, Закавказье и Дагестан, вып. 3, Дагестан
  6. Яман-су // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.