Yamnaya mədəniyyəti(Rusca: Ямная культура) və ya Yamna mədəniyyəti(Ukraynaca: Ямна культура) Eneolit dövründən ErkənTunc dövrünə qədər e.ə 3300–2600-cü illərdə Şərqi Avropada(Ural çayı,Dnestr və Cənubi Buq) Britaniya və Qərbi Avropada isə e.ə 1700-cü ilə qədər yaşamış xalqların yaratdığı arxeoloji mədəniyyət.Bu arxeoloji mədəniyyət kurqan otaqlarının çuxur şəklində olmasına görə Çuxur Məzar(Pit Grave) və Oxra Məzar (Ochre Grave) olmaqla 2 yerə bölünür.[1]
Yamna mədəniyyəti E.ə 3300-2600 illər arasında Don-Volqa bölgəsində mövcud olmuştur ve Don mənşəli Repin ve Volga mənşəli Khvalynsk mədəniyyəti ilə oxşarlıq təşkil edir.[2]
Antropoloq David Anthony'yə göre erken Yamna mədəniyyəti Pont çöllərində E.ə 4000-3200 -cü illər arasında sürətnən yayılmışdır. Bu yayılma eynı zamanda Hind-Avropa tayfalarının ve dillerinin bu bölgədə yayılmasına gətirib çıxarmışdır.Pavel Dolukhanov'a görə isəYamna mədəniyyətinni yüksəlişi Tunc dövrü toplumlarındakı sosial irəlləyişi göstərməktədir.[3]
Mədəniyyət qərbdə Katakomb mədəniyyəti (MÖ. 2800–2200),şərqdə isə Volqa ətrafında Politavka mədəniyyəti (MÖ. 2700–2100) tərəfındən davam etdirilmiş, bu iki mədəniyyət isə MÖ. 18.-12. əsrlər arasında yerlərini Srubna mədəniyyətinə buraxmışlar.
Qafqaz xalqlarının köç tarixini ortaya çıxaran Berlin Arxeologiya Universitetinin professoru Sabina Reynold tapıntıları barədə bunları deyib:
“Müasir dövrdən 2-3 min il öncə Şimali Qafqazda yaşayan bütün xalqların mədəniyyətləri fərqli olsa da, genetik olaraq bir-birilərinə çox bənzəyiblər. Anlaşılan odur ki, onların mədəni xüsusiyyətləri qan qohumluğundan daha önəmli olub”.
Arxeoloqlar Qafqazda yaşayan xalqların əcdadlarının bu bölgəyə təxminən, 5-8 min il öncə gəldiklərini düşünür. Bu bölgə uzun müddət qövm köçlərinin ana yollarından biri olmaqla yanaşı, Rusiya və digər Avropa ölkələrinin müasir sakinlərinin əcdadları üçün Avropaya açılan pəncərə olub.
Bu səbəbdən danimarkalı arxeoloqlar uzun müddətdir, Qafqaz xalqlarının genetik yaddaşında bu köçlərin izini tapmağın mümkün olacağını düşünürdü. Bu fikrə əsasən, bəzi durumlarda mədəniyyətlər zamanla böyük dəyişikliklərdən keçsə də, xalqların genlərində bu tarix əks olunmalı idi. Bu çərçivədə danimarkalı alimlər Cənubi Qafqazın digər xalqları ilə ermənilərin əcdadlarının əslində heç dəyişmədiyini isbatlamışdı.
Reynold və Rusiyanın məşhur paleogenetik mütəxəssislərin də iştirak etdiyi qrup günümüzdən təxminən, 3-6 min il öncə bu bölgədə yaşayan 4 nəsil əkinçi və maldarların genlərini analiz edərək Şimali Qafqaz xalqlarını Avropa və Asiyanın keçmiş insanları ilə əlaqələndirən son dərəcə qəribə və gözlənilməz sirləri ortaya çıxarıb.
Fərqli tarixi dövlərdə dağlarda yaşayan insanların aralarındakı qohumluq əlaqələrinin izi ilə gedən alimlər Qafqazın keçmiş sakinlərini köç etməyə məcbur qoyan səbəbləri və Rusiyanın qonşuluğundakı respublikaların müasir sakinlərinin DNT-lərində hansı izlərin qaldığını tapmağı ümid edirlər. Bu çərçivədə aparılan qarşılaşdırmalar gözlənilməz nəticələri ortaya qoyub. Məsələn, Daş dövründə Qafqaz xalqları arasındakı genetik “sərhəd” bu gün olduğu dərinlikdə olmayıb. Rusiya ilə Qafqaz ekosistemini ayıran xətt boyunca uzanıb. Bunun nəticəsində alimlər Qafqazda yaşayan və arxeoloqların bir-birinə yad hesab etdiyi xalqların əslində yaxın qohum olduğu üzə çıxıb. Bu xalqlar coğrafi baxımdan bir-birinə yaxın olsa da, təmasda olmayıblar. Lakin çox uzaq xalqlarla münasibət qurublar.
Tunc dövrünün əvvəllərində şimal-qərbi Qafqazda yayıldığı düşünülən məşhur Maykop mədəniyyəti buraya arxeoloqların bu günə qədər düşündüyü kimi Mesopotomiyadan gəlməyib. Onlar əslində, Avrasiyanın cənub xalqları ilə münasibətləri olmayan yerli, xüsusi qrup olub. Daha qəribəsi isə onların DNT-də qırmızıdərili və Sibirin müasir xalqlarının əcdadları ilə bağlarını göstərən faktlar ortaya çıxıb. Bənzər şəkildə Qafqazın şərq sərhədlərində yaşayan Yamnaya mədəniyyəti də Avropanın qədim cənub və cənub-şərq xalqları və onların müasir təmsilçiləri ilə qohum olub.
Professor Reynold və məsləkdaşlarına görə, Yamnaya mədəniyyətinin daşıyıcılarının müasir Avropa xalqlarının ataları və Qafqaz xalqları arasındakı münasibətləri kəşf etməsi tarixi baxımdan ən sirli və diqqətçəkən tapıntıdır. Bu münasibətlər Hind Avropa dillərinin meydana gəlməsinə dair “Xəzər” teoriyasını gücləndirir və bu ilk dilin ana vətəninin Qafqazın ən cənubunda ola biləcəyini göstərir.[4]
Yamnaya mədəniyyəti(e.ə 3300-2600-cü illər)
Yamnaya məzarı(Oxra Məzar)
Yamnaya dövründəki insan köçləri
Maykop məzarı (e.ə IV-III minillik.)
Yamnaya mədəniyyəninin( e.ə 3300-2600-cü illər) inkişafı
Yamnaya mədəniyyətinin(e.ə 3300-2600-cü illər) genetik izləri