Yan (İohann) Avqusta (çex. Jan Augusta, alm. Johann Augusta; həmçinin Yan Klobuçnik, çex. Jan Kloboučník; təq. 1500[1][2][…], Praqa, Bohemiya tacı torpaqları[d][3][4] – 13 yanvar 1572, Mlada-Boleslav[3][4]) — Çexiya ilahiyyatçısı və təbliğçisi.
Yan Avqusta | |
---|---|
Doğum tarixi | təq. 1500[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 13 yanvar 1572 |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, keşiş |
Vikianbarda əlaqəli mediafayllar |
Avqusta 1500-cü ildə Praqada anadan olmuş və atasının papaq tikmə sənətinə yiyələnmişdir. Çex qardaşlığının rəhbəri olan Yan Avqusta Lüter və Melanxtonun dostu idi.[5][6] O, əvvəlcə utrakvistlərin təlimlərinə sadiq qalmış, lakin sonra rəhbəri olduğu çex qardaşlarının təlimlərini qəbul etmişdir. Avqusta I Ferdinandın hakimiyyəti dövründə işgəncələrə məruz qalmış və 16 il həbs edilmişdir.[7] O, 1564-cü ildə Maksimilian tərəfindən bir daha təbliğ etməmək şərti ilə azad edilmişdir. Yan Avqusta 1572-ci ildə vəfat etmişdir.[8]