Yan Yosten van Lodensteyn (nid. Jan Joosten van Lodensteyn; 1556, Delft, Hollandiya qraflığı – 1623[1], Cənubi Çin dənizi) və ya yapon dilindəki adı ilə Yayosu (耶楊子?) – Yaponiyaya gəlmiş ilk hollandlardan biri.
Yan Yosten van Lodensteyn | |
---|---|
Doğum tarixi | 1556 |
Doğum yeri | |
Vəfat tarixi | 1623[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | boğulma |
Fəaliyyəti | Samuray, tədqiqatçı-səyyah[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Yan Yosten van Lodensteyn 1556-cı ildə Hollandiyanın Delft şəhərində doğulmuşdur.[2] O, 1600-cü ildə ikinci şturman kimi Niderlanda məxsus "Liefde" gəmisi ilə birlikdə səyahətə çıxmışdır.[2] Gəmi yolda zədəli vəziyyətə düşmüş, Sakit okeanı keçərək Yaponiyanın Kyuşu adasına çatmışdır.[2] Yan Yosten, ingilis şturman Vilyam Adams və digər sağ qalanlar Tokuqava İeyasu tərəfindən qarşılanmışdır.[2] O və Vilyam Adams İeyasunun məsləhətçiləri və dostları olmuşdurlar.[2]
Yan Yostenə İeyasu tərəfindən Edo ərazisində iqamətgah bağışlanmış, daha sonra yapon qadınla ailə həyatı qurmuşdur.[2] Ona xarici ticarətlə məşğul olma icazəsi verilmiş, Hiradoda holland fabrikinin qurulmasından sonra holland tacirlərlə şoqunluq arasında əlaqələndirici şəxs olmuşdur.[2]
Yan Yosten Niderlanda qayıtmaq ümidi ilə Yaponiyadan ayrılmış və Yava adasında yerləşən Bataviya şəhərinə çatmışdır.[2] Lakin holland rəsmilər onun irəliləməsinə icazə verməmişdirlər.[2] Bataviyadan Yaponiyaya qayıdarkən gəmisi Cənubi Çin dənizində yerləşən Parasel adalarında qəzaya uğramış və o, boğularaq ölmüşdür.[2]
Tokionun Yaesu rayonunun adı bu ərazidə yaşamış Yan Yostenin adından yaranmışdır.[2]